“RR Construction” qəzalı evlərin yerinə “Kubinka”da MÜASİR KOMPLEKS TİKİR – VİDEO

“RR Construction” qəzalı evlərin yerinə “Kubinka”da MÜASİR KOMPLEKS TİKİR – VİDEO

Paytaxtın “Kubinka”, “Papanin” kimi əraziləri dedikdə, ilk ağılagələn köhnə, sınıq-salxaq evlərdir. Bu vəziyyət təkcə şəhərin estetik görüntüsünü korlamır, eyni zamanda orada yaşayan sakinlərin də sağlamlıqları, həyatları üçün ciddi təhlükə yaradır.



İlk növbədə ona görə ki, darısqal, rütubətli otaqlar əməlli başlı xəstəlik mənbəyidir. Eyni zamanda Bakının sesysmik cəhətdən aktiv zonada yerləşdiyi də hər birimizə bəllidir. Yəni, mümkün zəlzələ zamanı bu evlərdə yaşayan insanların həyatı üçün ciddi təhlükələr meydana çıxacaq.



Xüsusən də, Yasamal rayonunun “Kubinka” adlanan ərazisində yaşı 200-ə yaxın olan evlər belə var. 



Bu səbəbdəndir ki, bu ərazidə yaşayan əhalinin böyük əksəriyyəti hazırki mənzillər yerinə, yeni, müasir kompleksdə yaşamaq istəyirlər. 



İstismar müddəti bitmiş evlərin söküntüsü ilə bağlı işlər isə davam edir. Əksər sakinlərlə ərazidə yeni kompleks inşa etməyi planlaşdıran “RR Construction” şirkəti arasında artıq razılıq əldə olunub.



Müvafiq kompensasiya qarşılığında onlar evlərini təhvil veriblər. Eyni zamanda sözügedən ərazidə tikiləcək yeni komplekslərdə sakinlər evlə təmin olunacaq. Üstəlik, yeni kompleks hazır olana qədər şirkət tərəfindən onlara kirayə üçün vəsait də müntəzəm qaydada ödənilir, köçürmə xərcləri “RR Construction” tərəfindən qarşılanır. 



Artıq tamah baş yarar...



Lakin söküntü işləri xeyli ləng gedir. Səbəb isə budur ki, bəzi sakinlər söküntü işlərini aparan və həmin ərazilərdə tikinti işlərinə başlayacaq şirkətlə razılaşmaq istəmir, evlərin dəyərindən qat-qat artıq kompensasiya almaq istəyirlər.



Əldə etdiyimiz məlumata görə, sakinlər arasında evlərinin hər kvadratmetri üçün şirkətdən nə az, nə çox 4-5 min manat tələb edənlər də var. 



“RR Construction” şirkətinin rəhbəri Rafael Abdullayevin sözlərinə görə, 230 ailədən 185-i ilə razılıq əldə olunsa da, qalan ev sahibləri əlavə ödəniş tələb etdikləri üçün işlər xeyli ləngiyib.



Sözügedən ərazidə yeni mənzillərin bazar qiyməti hər kvadratmetr üçün 2 min manat olsa da, bəzi sakinlər köhnə evləri üçün 2-3 qat ödəniş tələb edirlər. 



Bəzi dəllalar isə fürsətdən istifadə etməyə çalışıb, evini şirkətə satmayan sakinləri daha çox kompensasiya əldə etməyə şirnikləndirirlər. Onlar mənzil sahiblərinə müxtəlif vədlər verərək, sakinlərin şirkətdən alacağı pullardan pay sahibi olmağı hədəfləyirlər.



İşlərin yubanması isə ilk növbədə “Kubinka”nın digər, yəni şirkətlə razılıq əldə etmiş sakinlərinə ziyan vurur. Bu cür vəziyyət söküntü işlərinin ləngiməsinə səbəb olmaqla yanaşı, şirkətlə razılaşan çoxsaylı vətəndaşlarda da narazılıq yaradır. Çünki söküntü işləri yekunlaşmamış, tikintiyə start vermək mümkün deyil. Belə olan halda, onlar hələ kirayə evlərində yeni tikiləcək kompleksdən alacaqları evləri daha uzun müddət gözləməli olurlar.



“İstismar müddətini başa vurmuş evlər sökülməli, yeni binalar tikilməlidir”.



Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc bildirib ki, sakinlər uzun müddətdir bu ərazilərdəki sıxlıqdan qurtulacaqlarını gözləyirdilər:



“Onlar yeni binalarda yaşayacaqlarını ümid edirdilər. Hesab edirəm ki, bu proses Bakı şəhərinin yenidən gözəlləşməsinə və daha da yaxşılaşmasına səbəb olacaq. Bu cür işlər şəhərin digər ərazilərində də başlamalıdır. İstismar müddətini başa vurmuş evlər, eləcə də kiçik mərtəbəli binalar sökülməli, əvəzində isə müasir standartlara cavab verən hündürmərtəbəli binalar tikilməlidir”. 



“Sakinlər komfortlu mənzillərlə təmin olunacaqlar”



Keçmiş “Kubinka” və “Papanin” qəsəbələrində tikiləcək binaların şəhərə yeni görkəm verəcəyini söyləyən ekspert düşünür ki, burada yaşayan vətəndaşların da yeni tikililərdə mənzillə təmin olunması ədalətli yanaşmadır:



“Onlar həm yaşadıqları ərazilərdə həyatlarına davam edəcəklər, həm də yeni və komfortlu mənzillərlə təmin olunacaqlar ki, bu da dövlətimizin mahiyyətinə uyğundur. Çünki, Azərbaycan öz vətəndaşının sosial rifahının yüksəldilməsi və sosial əldalətin təmin olunması istiqamətində addımlar atır və layihələr həyata keçirir”. 

 

 


OXŞAR XƏBƏRLƏR

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...