Kurort ərazidə torpaq sürüşməsi baş verdi - Ölənlər və itkin düşənlər var +FOTO/VİDEO

Kurort ərazidə torpaq sürüşməsi baş verdi - Ölənlər və itkin düşənlər var +FOTO/VİDEO

Avqustun 3-də Gürcüstanın Şovi dağ kurortunda torpaq sürüşməsi baş verib. İndiyə qədət 11 nəfəri ölü olmaqla, 31 nəfər itkin düşüb.
 

Sfera.az xəbər verir ki, sürüşmə kurortdakı bütün turizm obyektlərini dağıdıb, infrastruktura ziyan vurub. Bölgədə elektrik xətləri, yollar və körpülər də dağılıb.
 

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı artıq ikinci gündür ki, davam edir. Buraya 400-ə yaxın yanğınsöndürən-xilasedici, Daxili İşlər Nazirliyinin müxtəlif qurumlarının, Müdafiə Qoşunlarının əməkdaşları, eləcə də sərhəd xidmətinin helikopterləri cəlb olunub. Xilasetmə əməliyyatına 400-ə yaxın adam və iki sərhəd polis helikopteri cəlb olunub.
 

Oni bələdiyyəsinin Qlola kəndində Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidmətinin mobil qərargahı yaradılıb. Xilasedicilər sürüşmə zonasından 210 nəfəri təxliyə ediblər.


Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, avqustun 4-ü günorta saatlarında daha 4 nəfərin cəsədi tapılıb, beləliklə, qurbanların sayı 11 nəfərə çatıb.
 

Rayonda elektrik xətləri sıradan çıxıb, yollar, körpülər dağılıb, rabitə xətləri kəsilib. Sürüşmə kurortdakı bütün turizm obyektlərini dağıdıb, infrastrukturu yararsız hala salıb. Yerli sakinlərin sözlərinə görə, dağın bir hissəsi qoparaq bir neçə turist kotecinin üstünü örtüb. Hər şey o qədər tez baş verib ki, insanların qaçmağa vaxtı olmayıb.
 

Ekologiya Departamentindən verilən məlumata görə, Çauvet kurortunda baş verən fəlakət geoloji və hidrometeoroloji hadisələrin eyni vaxtda, eyni yerdə üst-üstə düşməsi nəticəsində baş verib. Lakin hazırda başqa sürüşmə təhlükəsi yoxdur.
 

Xilasedici it Foto: NGnewsgeorgia


Gürcüstan prezidenti Salome Zurabişvili Şovda baş vermiş faciə ilə bağlı dərin hüznünü ifadə edib. Avqustun 7-si ölkədə matəm günü elan edilib.


Qeyd edək ki, Şovi — Raça-Leçxumi və Kvemo Svaneti dağlıq bölgəsində, qərbi Gürcüstanın Onski bələdiyyəsində kurort kəndidir. Kurort dəniz səviyyəsindən 1,5 min metr yüksəklikdə yerləşir.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...