Riki Martin boşanması ilə bağlı səssizliyi pozdu

Riki Martin boşanması ilə bağlı səssizliyi pozdu

Puerto-Rikolu 51 yaşlı müğənni Riki Martin Cvan Yosefdən boşanması barədə danışaraq, evliliklərini bitirmək qərarının təkcə son vaxtlara aid olmadığını deyib.
 

Sfera.az bildirir ki, hitmeyker 2023-cü ilin iyulunda 38 yaşlı Yoseflə 6 illik evlilikdən sonra ayrıldığını açıqlayıb.
 

"İctimaiyyət bunu biləndə biz artıq kədərlənmə prosesindən keçmişdik" - deyə Martin bildirib.


"Jwan və mən həmişə ailə olacağıq. Birlikdə böyüdəcəyimiz iki uşağımız var və bu, son qərar deyil. Bu vəziyyəti çoxdan planlaşdırırdıq, pandemiyadan əvvəl alınmış qərar idi”.
 

“Bir-birimizin gözlərinin içinə baxıb gülümsəyirik, bir-birimizə sarılır və enişli-yoxuşlu yollardan keçirik, birlikdə ağlayırıq və birlikdə gülürük”-deyən Riki indi də yaxşı münasibətdə olduqlarını bildirib.
 

"Mən yaxşı vaxt keçirmək istəyirəm, həyatdan həzz almaq istəyirəm...".
 

Qeyd edək ki, Martin əvvəllər boşanma səbəbi kimi barışılmaz fikir ayrılıqları göstərmişdi. İndi cütlük uşaqları - 4 yaşlı qızı Lucia, 3 yaşlı oğlu Rennin qəyyumluğunu birgə bölüşmək istəyir.
 

Xatırladaq ki, Riki Martin altı illik evliliyindən sonra Cvan Yosefdən boşandığını açıqlamışdı.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR