Məhkəmə Tramp barəsində həbs-qətimkan tədbiri seçdi - Keçmiş prezident ittihama reaksiya verib

Məhkəmə Tramp barəsində həbs-qətimkan tədbiri seçdi - Keçmiş prezident ittihama reaksiya verib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp barəsində həbs qətimkan tədbiri seçildiyi Vaşinqton federal məhkəmə qarşısına çıxıb.


Sfera.az bildirir ki, Tramp Kapitoliyə hücumda özünü təqsirli bilməyib. Məhkəmədən sonra Tramp, ona qarşı irəli sürülən ittihamları "təqib" adlandırıb və Amerika üçün çox kədərli bir gün olduğunu deyib.


Məlumata görə, Trampın 2020-ci il seçkilərində uduzduqdan sonra hakimiyyətdə qalmaq cəhdləri ilə bağlı dörd ittiham aktı ilə üzləşdiyi bildirilir. İş adamı heç bir bənd üzrə özünü təqsirli bilməyib.
 

Vəkil Thomas P. Windom bildirib ki, qabaqlayıcı tədbir kimi ABŞ-ın keçmiş prezidentinə federal və ya ştat qanunlarını pozmamaq, göstərişə uyğun olaraq məhkəməyə gəlmək barədə öhdəliyi imzalamaq əmri verilib.


Bundan əlavə, məhkəmə Donald Trampa vəkilləri vasitəsilə və ya vəkillərinin iştirakı istisna olmaqla, şahid kimi tanıdığı hər kəslə əlaqə saxlamağı qadağan edib. Növbəti məhkəmə prosesi avqustun 28-də olacaq.


Görüşün sonunda təyyarəsinə minməzdən əvvəl keçmiş Amerika prezidenti qısa açıqlama verərək ona qarşı irəli sürülən ittihamı “siyasi rəqibin təqibi” adlandırıb.
 

"Bu, Amerika üçün çox kədərli bir gündür"- deyə Donald Tramp bildirib.


Xatırladaq ki, avqustun 1-də federal böyük jüri ABŞ-ın keçmiş prezidenti Donald Trampı ittiham edib. Eks-prezident 2021-ci il yanvarın 6-da ABŞ-ın Kapitolunun basqın edilməsinə səbəb olan 2020-ci il seçkilərinə təsir etmək cəhdində ittiham olunur.
 

Hüquq ekspertinin fikrincə, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bütün ittihamlar üzrə təqsirli bilinərsə, bu, onun üçün “ölüm hökmü” demək ola bilər.


Bundan əvvəl, iyunun 8-də Donald Trampa qarşı da Casusluq Aktı ilə yeddi maddə üzrə ittiham irəli sürülüb. İddiaya görə, Tramp prezidentlikdən getdikdən sonra Floridadakı Mar-a-Laqo kurortuna çatdırılan məxfi sənədlərlə işləyib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...