Latviya minlərlə rusa ölkəni tərk etmə barədə məktublar göndərməyə hazırlaşır

Latviya minlərlə rusa ölkəni tərk etmə barədə məktublar göndərməyə hazırlaşır

Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsi ölkədə yaşayan ruslara dövləti tərk etmək xahişi ilə məktublar göndərəcək.


Sfera.az bildirir ki, sentyabrda 6 min insan belə mesajlar alacaq.


Bu cür bildirişləri alan ruslar üç ay ərzində Baltikyanı dövlətin ərazisində qalmaq hüququnu itirəcəklər.


Bu barədə Seymənin vətəndaşlıq, miqrasiya və sosial birlik üzrə komissiyasının sədri İnqmars Lidak bildirib.


Bu cür tədbirlər Avropa İttifaqının daimi sakini statusu almaq üçün sınaqdan keçməyə belə cəhd etməyənlərə şamil edilir. Onlar müvafiq imtahandan keçməyib və müvəqqəti yaşamaq üçün icazə almayıblar.


Belə məktublar alan ruslar 3 ay ərzində Latviyada qalmaq hüququnu itirəcəklər. Qanun pozuntusu inzibati cərimə ilə cəzalandırılır. Bu, Latviyada qalmaq üçün başqa icazə, məsələn, viza almış ruslara şamil edilmir.


Daxili İşlər Nazirliyinin dövlət katibinin müavini Vilnis Vitolinş bildirib ki, əgər şəxsin ölkədə qalmaq hüququ yoxdursa, o zaman qalmaq hüququ olan ölkəyə getməlidir. Onun fikrincə, ölkəni tərk etmək üçün bu insanlara kifayət qədər vaxt verilir.



“Gediş vaxtı üç aydır”.



Şəxs Latviyada qeyri-qanuni qalmağa davam edərsə, o zaman dövlət strukturlarının nümayəndələr, hüquq-mühafizə orqanlarının əməkdaşları onlara tərk etməyi xatırladacaqlar. Cinayət məsuliyyəti hələ təmin edilməyib, lakin inzibati məsuliyyət qəbul edilib, buna görə də şəxslər cərimələnə bilər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...