Neft bahalaşmaqda davam edir- QİYMƏTLƏR
İqtisadiyyat
21:37 / 27.10.2016
1232
Dünya bazarında neft günün sonuna doğru bahalaşmaqda davam edir.
Sfera.az fins.az-a istinadən bildirir ki, Bakı vaxtı ilə saat 19.00-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,67 dollar artaraq 49,85 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,70 dollar artaraq 50,68 dollar olub.