Çörək alan hər kəsə müraciət - Mütləq bu telefona zəng vurun

Çörək alan hər kəsə müraciət - Mütləq bu telefona zəng vurun

11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəkdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.

 

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sfera.az-a bildirilib.

 

Qeyd edilib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görür.

 

Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Ölkədə istehsal olunan və idxal olunan qida məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri görülür.

 

Həmçinin satış şəbəkələri və ticarət obyektlərində vətəndaşlara satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

 

Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir və sınaq nəticələrinə əsasən, müvafiq tədbirlər görülür.

 

Multimonitorinq Planının icrası çərçivəsində cari dövr ərzində Agentlik tərəfindən 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə çörək məmulatlarından 108 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub.

 

Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib. 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəkdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb.

 

Aşkar olunmuş nöqsanlarla əlaqədar yoxlama aparılmış 11 müəssisə barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

 

Agentlik tərəfindən çörək məhsullarının yoxlanılması zamanı media və sosial şəbəkə hesablarında qeyd olunan qida əlavəsi aşkarlanmayıb.

 

Laborator müayinə nəticələri uyğunsuz olan (kif və maya göbələkləri aşkarlanan) çörək istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:

 

Müəssisə

Ünvan

1

"Magnat Group" MMC

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a

2

Fiziki şəxs Yusubova Təhminə

Yusub qızı

Abşeron rayonu, Məhəmmədi kəndi

3

Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğlu

Cəlilabad şəhəri, S.Vurğun küçəsi 30

4

Fiziki şəxs Hacıyev Fazil

Bəhlul oğlu

Cəlilabad şəhəri, S.Vurğun küçəsi 7

5

Fiziki şəxs Rəcəbov Qurban

Malik oğlu

Lənkəran şəhəri, H. Abdullayeva küçəsi 27

6

Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızı

Gəncə şəhəri, N.Nərimanov küçəsi 54

7

“Arizoğlu” MMC

Gəncə şəhəri, 1-ci mkr

8

“Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsi

Füzuli rayonu, Horadiz şəhəri

9

"Bərdə-Çörək" ASC

Bərdə rayonu, S.Vurğun küçəsi 18

10

Fiziki şəxs Məmmədova

Arzu Nəsir qızı

Bərdə rayonu, M.Ə.Sabir və H.Aslanov

küçələrinin kəsişməsi

11

Əhmədov Elnur Namizəd oğlu

Yevlax şəhəri, H.Əliyev prospekti 101

 

Əgər vətəndaşların qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olarsa, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Müraciət daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...