Putin bu ay Türkiyəyə SƏFƏR EDƏCƏK

Siyasət
16:48 / 04.08.2023
4632
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri avqust ayında baş tuta bilər.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, buna baxmayaraq, görüşün dəqiq tarixi müəyyən edilməyib. Ərdoğan, həmçinin qeyd edib ki, hazırda XİN və kəşfiyyat sözügedən məsələ ilə məşğul olur: “Ümid edirəm ki, onların işinin nəticəsində Putinin səfəri avqustda baş tutacaq”.