Bakıda da yanğın başladı - General hadisə yerində
Hadisə
15:50 / 04.08.2023
3938
Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın başlayıb.
FHN-in Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Xidmət rəisi general-mayor Hikmət Abbasov hadisə yerindədir.
Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.