“Dünyada ərzaq malları 12 faiz ucuzlaşıb” – FAO

“Dünyada ərzaq malları 12 faiz ucuzlaşıb” – FAO

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Qlobal Ərzaq Qiymətləri İndeksini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, yeni açıqlanan məlumata əsasən, iyulda əvvəlki ayla müqayisədə ərzaq mallarının qiymət səviyyəsi 1,3 faiz artıb. Amma ötən ilin iyul ayı ilə müqayisədə qiymət səviyyəsi 11,8 faiz azalıb.

 

İyulda aylıq müqayisədə ərzaq qiymətlərinin yüksəlməsi Qara Dəniz Taxıl Təşəbbüsünün sona çatması ilə əlaqədardır. Təşəbbüsün dayandırılması taxıl, bitki yağları kimi mühüm məhsulları bahalaşdırıb.

 

İyulda taxıl qiymətləri 1 faizə yaxın yüksəlib. Artımın lokomotivi rolunu buğdanın qiyməti oynayıb. Buğdanın dəyəri 1,5 faizdən çox artıb.

 

Aylıq müqayisədə taxıl qiymətləri yüksəlsə də keçən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə 14,5 azalma qeydə alınıb.

 

Taxıl məhsulları ilə yanaşı iyulda bitki yağlarının qiymət səviyyəsi 12,1% artıb.

 

Ötən ay günəbaxan, palma, soya və kolza yağlarının dəyəri yüksəlib.

 

Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü dayandırmaq qərarından sonra regiondan ixrac edilə bilən tədarüklə bağlı qeyri-müəyyənliklər səbəbindən günəbaxan yağının qiymətləri aylıq 15 faizdən çox artıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...