Rublda ucuzlaşma dayanmır: Rusiyanın iqtisadi vəziyyəti milli valyutanı dəyərsizləşdirir

Rublda ucuzlaşma dayanmır: Rusiyanın iqtisadi vəziyyəti milli valyutanı dəyərsizləşdirir

Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyanın milli valyutası uzuclaşmaqda davam edir.

 

Sfera.az xəbər verir ki, bu gün bir dollar 95 rubl səviyyəsinə yüksəlib.

 

Rus rublunun məzənnəsində ucuzlaşma son bir həftədə güclənib. İyulun 27-də 89,8 rubl olan bir ABŞ dolları hazırda 95 rubla dəyişdirilir. Qısa müddətdə Rusiyada dollar 6 faizə yaxın bahalaşıb.

 

Son zamanlar müşahidə olunan rublun məzənnəsinin zəifləməsinin bir neçə əsas səbəbi var. Onlardan biri 2023-cü ildə ticarət balansında müsbət fərqin nəzərəçarpacaq dərəcədə azalmasıdır.

 

Bütün dünyada Rusiyanın əsas ixrac əmtəələrinin (karbohidrogenlər, metallar, ərzaq məhsulları) qiymətlərində azalma tendensiyası müşahidə olunur. Nəticə etibarı ilə ölkənin ixrac gəlirlərində müəyyən azalma baş verir.

 

İxrac azaldığı halda idxalda əhəmiyyətli artım baş verib. Bundan başqa, turizm dövrü ilə əlaqədar olaraq xaricə səfərlər artıb və bununla əlaqədar valyuta çıxışı da artıb.

 

Rusiyalı iqtisadçılar hesab edir ki, mövsümi amillərin təsiri payıza qədər aradan qalxacaq ki, bu da rublun məzənnəsinin müəyyən qədər sabitləşməsinə səbəb ola bilər. Digər tərəfdən ekspertlər rublun ucuzlaşmasından sonra idxaldakı artımın da dayanacağını, hətta idxalın bir qədər azalacağını gözləyirlər.

 

Rusiyalı ekspertlər Rusiyanın çətin dövründə rublun daha zəif məzənnəsinin üstünlük yaratdığını da bildirirlər. Onların şərhinə görə ucuz rubl büdcəyə əlavə gəlirlər əldə etməyə imkan verir ki, bu da digər şeylərlə yanaşı, sosial sahənin - pensiyaların, müavinətlərin və s. maliyyələşdirilməsini asanlaşdırır.

 

Rusiyanın ən böyük problemlərindən biri də ölkədən müxtəlif sxemlər vasitəsilə ölkədən valyuta çıxışının baş verməsidir. Rusiya hökuməti bütün cəhdlərə baxmayaraq valyuta çıxışlarının qarşısını ala bilmir. Bu vəziyyət rublun bir qədər də ucuzlaşmasına səbəb olur. 

 

Rublun ucuzlaşması Azərbaycanda da müşahidə edilir. Hazırda 1000 rubl 18 manatdır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...