Ermənilərin 67 faizi Paşinyana güvənmir – Sorğu nəticələri

Ermənilərin 67 faizi Paşinyana güvənmir – Sorğu nəticələri

Ermənistanda vətəndaşların 67%-dən çoxu baş nazir Nikol Paşinyana etibar etmir.

 

Sfera.az xəbər verir ki, bu barədə  "GALLUP Beynəlxalq Assosiasiyası"nın Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan məlumat verib.

 

Onun sözlərinə görə, iyulun 25-də Baş nazirin mətbuat konfransını vətəndaşların 65%-i izləyib. “Baş nazirin cavablarına etibar etmək olarmı?” sualına respondentlərin 16,1%-i müsbət, 14,5%-i “​​çox güvənirəm", 13,1%-i “güvənmirəm”, 54,4%-i isə “etibar etmirəm” cavabını verib. 1,8% isə cavab verməkdə çətinlik çəkib.

 

"Biz görürük ki, respondentlərin 67%-dən çoxu Paşinyanın cavablarına inanmır və bu, kifayət qədər böyük rəqəmdir", - Aram Navasardyan bildirib.

 

Sorğu iştirakçılarının fikrincə, təhlükəsizlik məsələləri ölkədə ən ciddi problemdir. O cümlədən 32,4 faiz  problem kimi müharibə təhlükəsini, 30,7 faiz Qarabağ problemini, 30,4 faiz ümumilikdə təhlükəsizlik məsələlərini, 27,8 faiz sərhədlərin dəqiqləşdirilməsi məsələsini qeyd edib. Digər problemlərə iqtisadi vəziyyət, işsizlik, qiymət artımı, məhbusların qaytarılması, hakimiyyətin dəyişməsi və s. nümunə göstərilib.

 

Azərbaycanın tərkibində etnik azlıq statusunun Dağlıq Qarabağ sakinləri üçün məqbul olub-olmaması ilə bağlı suala yalnız 1,1%-i bunun “mütləq məqbul olduğunu”, 2,7%-i bunun “kifayət qədər məqbul” olduğunu, 5,5%-i isə “kifayət qədər qəbuledilməz” olduğunu bildirib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...