Əhali bu məhsulların alışına daha çox PUL XƏRCLƏYİR

Əhali bu məhsulların alışına daha çox PUL XƏRCLƏYİR

Azərbaycanda 2021 və 2022-ci illərdə tərəvəzlərin qiymətinin kəskin artması bu məhsulların alışına çəkilən xərci bir neçə dəfə artırıb.

 

Sfera.az xəbər verir ki, 2018-ci ildə əhali kartof da nəzərə alınmaqla tərəvəzlərin alışına 2,14 milyard manat xərcləmişdi. Tərəvəzlərə xərclənən məbləğ 2019-cu ildə 2,63 milyard manata, 2020-ci ildə 3,36 milyard manata yüksəldi.

 

2018-2020-ci illərdə tərəvəz alışına çəkilən xərc 1,22 milyard manat, yəni 57 faiz artıb. Bu müddətdə tərəvəz alışına ayrılan pulun 57 faiz artması daha çox istehlak miqdarının artması ilə bağlı olub.

 

Aparılan statistik müşahidələr göstərir ki, Azərbaycan əhalisi son illərdə ərzaq istehlakının tərkibini xeyli yaxşılaşdırıb. İnsanlar tərəvəz məhsullarının istehlak miqdarını nəzərəçarpacaq dərəcədə artıraraq daha sağlam qidalanmağa üstünlük verib. Buna görə də son illərdə tərəvəz məhsullarının istehlak miqdarında nəzərəçarpacaq artım var. İstehlak miqdarının artması dolayısı ilə əhalinin tərəvəz alışına çəkdiyi xərcin artmasına da səbəb olub.

 

Amma 2021 və 2022-ci illərdə bu məhsul qrupu üzrə xərclərin kəskin artması heç də istehlak miqdarındakı artımdan qaynaqlanmayıb. Qeyd edilən 2 il ərzində tərəvəz alışına çəkilən xərcin kəskin artması əsasən bahalaşmanın yaratdığı nəticə olub.

 

Tərəvəzlərin qiyməti 2021-ci ildə 25 faiz, 2022-ci ildə 56 faizdən çox artıb. 2022-ci ildə tərəvəzlərin qiymət səviyyəsi 2020-ci illə müqayisədə 2 dəfə yüksək olub. Bahalaşmadan sonra 2020-ci ilin sonunda 100 manata ala bildiyimiz tərəvəzlər üçün 2022-ci ilin sonunda 200 manat xərcləmişik.

 

Tərəvəzlərin qiymətinin ikiillik müddətdə bu qədər yüksək sürətlə artması əhalinin tərəvəz istehlaklna çəkdiyi xərcin də kəskin artması ilə nəticələnib. 2020-ci ildə 3,36 milyard manat olan tərəvəz satışının həcmi 2021-ci ildə 4,79 milyard manata, 2022-ci ildə 7,1 milyard manata çatıb.

 

2021-2022-ci illəri əhatə edən ikiillik dövrdə tərəvəz alışına çəkilən xərc 3,74 milyard manat, yəni 2,11 dəfə artıb.

 

Statistikadan görünür ki, iki il ərzində qiymətlərin 100 faiz artmasına baxmayaraq əhali istehlak etdiyi tərəvəzin miqdarını nəinki azaltmayıb, əksinə bir qədər də artırıb.

 

Amma bununla belə qeyd edək ki, tərəvəzlərin kəskin bahalaşaması onun istehlak miqdarındakı artımın sürətini də xeyli azaldıb. Əvvəlki illərdə tərəvəzə çəkilən xərcin artmasının əsas səbəbi istehlak miqdarının artması ilə bağlı olduğu halda, son iki ildə xərcləri artıran əsas amil məhz yüksək qiymət artımları olub.

 

Tərəvəz alışına xərclənən pulun kəskin artması əhalinin ümumi pərakəndə ticarət xərclərində onun payını ilk sıraya yüksəldib. Beş il əvvəl əhali pulunu daha çox geyimə xərclədiyi halda, 2022-ci ilin yekunlarına görə tərəvəzlərin alışına daha çox pul xərclənib.

 

2018-ci ildə əhali ticarət müəssisələrində xərclədiyi pulun 5,78 faizini tərəvəzlərin alışına, 14,4 faizini geyimlərin və ayaqqabıların alışına ayırmışdı.

 

2022-ci ilin sonunda xərclərdə tərəvəzlərin payı 13,62 faizə, geyimlərin payı isə 11,86 faizə düşüb.

 

Onu da əlavə edək ki, 2023-cü ildə də tərəvəz məhsullarının qiymətində yüksək artım davam edib. Bu vəziyyətdə tərəvəz məhsullarının alışına çəkilən xərcin daha da artacağı yəqindir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...