“Bu avtomobillər bahalaşacaq” – Ekspert gömrük güzəştləri təklif edir

“Bu avtomobillər bahalaşacaq” – Ekspert gömrük güzəştləri təklif edir

“Yay mövsümündə ikinci əl avtomobil bazarında köhnə maşınların qiyməti 2 faiz yüksələ bilər".

 

Bunu Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər deyib.

 

Ekspert Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarından sonra  ölkəyə gətirilən yeni avtomobillərin gömrük rüsumlarının azaldılmasının  uyğun olduğunu bildirib:

 

"Sözügedən qaydanın tətbiqindən sonra mühərrik həcmi kiçik olan avtomobillərin, ölkəmizə idxal olunan yeni avtomobillərin gömrük rüsumlarının azaldılması yaxşı olardı. Dövlət artıq bu istiqamətdə müəyyən addımlar atıb. Belə ki, ölkəmizə idxal olunan hibrid avtomobillər və elektromobillər üçün güzəştlər tətbiq edilib. Elektromobillər ümumiyyətlə bütün gömrük rüsumlarından azaddır, hibrid avotomobillər isə idxal zamanı ƏDV-dən azad edilib. Belə düşünürəm ki, gələcəkdə yeni və mühərrik həcmi kiçik olan avotomobillər üçün müəyyən güzəştlərin tətbiq edilməsi avtomobil bazarına müsbət təsir edərdi”.

 

Qeyd edək ki, bu ilin mart ayında Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərar qəbul edib.

 

Qərarda qeyd edilir ki, “Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın”.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...