“Qərb Ermənistanı bizə qarşı qaldırır, şantaj edir...” – Rusiya XİN təmsilçisi

“Qərb Ermənistanı bizə qarşı qaldırır, şantaj edir...” – Rusiya XİN təmsilçisi

“Qərb ölkələri Ermənistanı “çirkli üsullarla” şantaj edir, bu ölkənin Rusiya ilə tərəfdaşlığına qarşı çıxılır, istənilən üsullara əl atılır”.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

 

Diplomatın qeyd etdiyi kimi, bu gün Moskva ilə İrəvan arasında KTMT, Aİİ və MDB çərçivəsində, eləcə də müxtəlif beynəlxalq platformalarda “sıx siyasi əlaqələr sistemi” qurulub.

 

“İrəvanla münasibətlərin bəzi mənfi cəhətlərindən danışsaq, bu, ilk növbədə Qərb dövlətlərinin Rusiya-Ermənistan tərəfdaşlığına xələl gətirmək cəhdləri ilə bağlıdır. İstənilən üsuldan, o cümlədən tamamilə çirkin üsullardan istifadə olunur - sanksiyalarla şantaj, ədalətsiz rəqabət", - Qonçar vurğulayıb.

 

Onun sözlərinə görə, hər kəs “dünyanın müxtəlif yerlərində, o cümlədən postsovet məkanında “Qərb “dostluğunun” necə nəticələndiyini bir çox nümunələrlə görə bilər.

 

“Biz erməni dostlarımızın müdrikliyini gözləyirik. Biz öz tərəfimizdən, əvvəlki kimi, bütün problemli məsələləri müttəfiq şəkildə, birbaşa və səmimi dialoq çərçivəsində həll etmək əzmindəyik”, - deyə diplomat fikrini yekunlaşdırıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

"Elitalar Rusiyadan qisas almağa çalışırlar" - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbi Rusiyaya qarşı aqressiv münasibətdə ittiham edib.   Sfera.az bu barədə Rusiya media...

Raketlərlə verilən mesaj: İsrail Suriyadakı hakimiyyəti tanımır

Ötən gün İsrail ordusunun Suriyanın Müdafiə Nazirliyinin və parlamentin binasını raketlərlə vurması beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib.  ...

Marketlərdəki dondurmalar keyfiyyətlidir? - AQTA-dan CAVAB

Yay mövsümündə sərinlədici təsirə malik olan və xüsusilə uşaqların, eləcə də böyüklərin sevimli qidasına çevrilən dondurma məhsulları əhali arasında geniş isteh...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndində - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndin...

İstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlə...

"İran Prezidentinin maşınına benzin əvəzi su vuruldu və yolda..."

İran Prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən  qeyri-adi vəziyyətlə üzləșib.    Sfera.az xəbər verir ki P...