İranda temperatur 50 dərəcəni keçdi

İranda temperatur 50 dərəcəni keçdi

 

İranda havanın temperaturu 50 dərəcəni keçib.

 

Sfera.az İRNA-ya istinadən xəbər verir ki, bununla bağlı Xuzistan Meteorologiya İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, İranın cənub-qərbindəki Xuzistan əyalətinin 8 şəhərində termometrlər 50 dərəcədən yuxarı qalxıb.

 

Buna uyğun olaraq havanın temperaturu Ümidiyedə 51,8, Şuşda 51,5, Abadanda 51,3, Bostanda 51,2, Dezfulda 50,8, Əhvaz, Ramhürmüz və Mahşəhrdə 50, 2 dərəcə ilə ölçülüb.

 

Hava şəraiti ilə əlaqədar son 24 saat ərzində xəstəxanalara 16 nəfər müraciət edib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR