\"German Hospital\"ın Ramiz Mehdiyevlə əlaqəsi nədir? - VİDEO
Müğənni Roza Zərgərli sosial şəbəkə hesabında açdığı canlı yayımda “German Hospital”dan şikayət edib.
Sfera.az xəbər verir ki, RTV-nin məlumatına görə, həkim səhvi nəticəsində onun səhhətində ciddi problemlər yaranıb:
“Mayın 2-də məni və yaxınımı əməliyyata saldılar. Əməliyyatdan sonra məlum oldu ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan Abdullayev və klinikanın rəhbəri İlham Əliyev insan öldürənlərdir”.
Qeyd edək ki, “German Hospital”dan ilk şikayət edən Roza Zərgərli deyil. Son vaxtlar bu tibbi mərkəzindən çoxsaylı şikayətlər olur. Onlardan bir çoxu yerli media tərəfindən də işıqlandırılıb.
"Qaynarinfo"nun məlumatına görə, bu tibb müəssisəsi AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur. Araşdırma zamanı onu müəyyənləşib ki, bu şirkətin külli miqdarda vergi borcu var.