Sabah 30 ukraynalı uşaq Azərbaycana gətiriləcək

Cəmiyyət
21:13 / 03.08.2023
4842
Sabah müharibədən zərər çəkən 30 ukraynalı uşaq Azərbaycana gətiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Bildirilib ki, ukraynalı uşaqlar düşərgələrə yerləşdiriləcəklər və Azərbaycanın müxtəlif bölgələrinə səfər edəcəklər.