Sabah dənizə getmək təhlükəlidir - XƏBƏRDARILQ

Cəmiyyət
20:45 / 03.08.2023
4320
Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah çimərliklərdə güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.