Saakaşvili: Gürcüstanın gizli xəritələri və məlumatları Rusiyaya ötürülüb

Saakaşvili: Gürcüstanın gizli xəritələri və məlumatları Rusiyaya ötürülüb

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili hakimiyyət rəsmilərinin ittihamlarına cavab verib.

 

APA-nın Tbilisi müxbiri xəbər verir ki, M. Saakaşvili “Facebook” paylaşımında Gürcüstanın gizli xəritələrinin və məlumatlarının Rusiyaya ötürüldüyünü qeyd edib.

 

Əlavə edib ki, Gürcüstanın yüksək vəzifəli rəsmiləri Rusiya agentlərini qarşılayır və onların məxfi obyektlərə səfərlərini təşkil edirlər.

 

Saakaşvili hakimiyyəti dövründə Rusiya vətəndaşları üçün vizasız səyahət müddəti 3 ay olduğunu, Rusiyanın Gürcüstandakı kəşfiyyat şəbəkəsinin çökdürüldüyünü əlavə edib.

 

“Vizasız səyahətin məqsədi o idi ki, ruslar təbliğata inanmaq yerinə bizim necə bir uğurlu dövlət olduğumuzu görsünlər və Rusiyada da islahatları tələb etsinlər ki, bu da Gürcüstanın təhlükəsizliyi üçün çox vacib idi. Onlar şok içərisində bizim küçələrimizdə gəzdilər və yeni Gürcüstana baxdılar. İndi isə yüksək rütbəli təhlükəsizlik rəsmiləri Rusiya agentlərini qarşılayır, onlar üçün süfrə açır və onları gizli obyektlərə səfərə aparır. Hətta bizim gizli xəritələrimiz və məlumatlarımız da Rusiyaya ötürülüb. Bu gün 1 illik vizasız səyahət rejimi çərçivəsində Rusiya vətəndaşları Gürcüstanda həm leqal, həm də qeyri-leqal biznesə başlayırlar. Onlar vergi vermirlər. Müvafiq olaraq xidmətlərini müştərilərə daha aşağı qiymətlərlə təklif edirlər. Ona görə də gürcü şirkətləri gəlirlərindən məhrum olur və onlar bizim iş yerlərimizi işğal edirlər. Rusiya vətəndaşları Gürcüstanda bir-birilərinə müxtəlif xidmətlər təklif etdikləri, qapalı şəbəkələr yaratdıqları, daşınmaz əmlak alıb-satdıqları avtomon sistem yaradıblar və bu, gürcülər və Gürcüstan şirkətləri üçün əlçatan deyil”, - Saakaşvili qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...