Bakıda yeni dələduzluq növü - Ehtiyatlı olun! + FOTO

Bakıda yeni dələduzluq növü - Ehtiyatlı olun! + FOTO

Bakıda yeni dələduzluq növü ilə bağlı xəbərlər yayılıb. 

 

Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə edilən paylaşımlarda bildirilir ki, Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşların pulu mənimsənilir.

 

İddia edilir ki, Yasamal rayonu ərazisində kimliyi bilinməyən 30-35 yaşlı oğlan vətəndaşlara yaxınlaşaraq onlara guya 150 manat ehsan verir. Sözügedən şəxsin dediyinə görə, pul hansısa institut rektorlarının birinin adından təqdim edilir. Məsələ burasındadır ki, pul verilərkən 200 manatlıq saxta əsginas formasında verilir və qarşılığında 50 manat qalıq istənilir. 

 

Məsələ ilə bağlı qafqazinfo Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarovun bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılır: “Sosial şəbəkələrdə yayılan iddialar araşdırma predmetidir. Hazırda məsələ ilə bağlı DİN-in müvafiq qurumunda araşdırma aparılır”.

 

Sözügedən paylaşımı olduğu kimi təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...