Ceyhun Bayramov İordaniya səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov İordaniya səfirini qəbul etdi - FOTO

Avqustun 3-də xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Sami Abdulla Goşehini ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

Xarici İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, görüşdə iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

 

Nazir Ceyhun Bayramov, fəaliyyəti müddətində Azərbaycan və İordaniya arasında münasibətlərin inkişafında göstərdiyi səylərə görə səfir Sami Abdulla Goşehiyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar, mədəniyyət, turizm və s. sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edən nazir Ceyhun Bayramov, əlaqələrin inkişafında qarşılıqlı təmasların, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib. Regional və beynəlxalq təşkilatlar və platformalar, o cümlədən Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Səfir Sami Abdulla Goşehi Azərbaycanda səfir qismində diplomatik fəaliyyətdə olduğu müddət ərzində ölkəmiz tərəfindən irəli sürülən qlobal təşəbbüslərin təqdirəlayiq olduğunu bildirib. İordaniya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə daha sıx əməkdaşlıq üçün perspektivlərin olduğu, bu xüsusda iki ölkə arasında təmasların davam etdirilməsinin vacibliyi qeyd olunub.

 

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


OXŞAR XƏBƏRLƏR

Sirli ev: İnsanlar açarla belə açılmayan qapını müzakirə edirlər

Böyük Britaniyanın Kembricşir əyalətindən olan cütlük tarixi kottecə köçdükdən sonra gözlənilməz bir sirrlə üzləşiblər. Evin qapılarından biri bərk-bərk bağlanı...

Niyə təyyarələrdə ən azı iki pilot olmalıdır?

Təyyarəyə minəndə çoxumuzun diqqət yetirdiyi ilk şeylərdən biri kokpitdə iki pilotun olmasıdır, lakin biz çox vaxt bunun səbəbini soruşmuruq. Biz bu haqda sadəc...

"Şakir Paşa ailesi" izləyicilərinə pis xəbər

Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.   Sfera.az Türkiyə mətbuatına istinadən x...

Azərbaycan yığması Millətlər Liqasında ikinci oldu

Minifutbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Millətlər Liqasında final oyununa çıxıb.   Sfera.az xəbər verir ki, komanda həlledici raundd...