Məşhur aktrisa VƏFAT ETDİ - FOTO

Məşhur aktrisa VƏFAT ETDİ - FOTO

Məşhur rusiyalı teatr və kino aktrisası İrina Miroşniçenko 81 yaşında vəfat edib.

 

Sfera.az İzvestiya-ya istinadən xəbər verir ki, o, iyulun 30-da xəstəxanaya yerləşdirilib. Əvvəlcə qripin ağır forması diaqnozunu qoyulan və reanimasiyaya köçürülən aktrisa bir gün sonra, avqustun 1-də medikamentoz komaya düşüb, süni nəfəs aparatına qoşulub. Həkimlər onun vəziyyətini son dərəcə ağır kimi qiymətləndirirdilər.

 

Məlumata görə, komada olarkən aktrisanın ürəyi dayanıb. Ürək döyüntüləri bərpa edildikdən sonra Miroşniçenko yenidən medikamentoz komaya salınıb.

 

Sənətçi ayılmayıb və bu gün səhər saatlarında reanimasiyada dünyasını dəyişib.

 

Qeyd edək ki, 24 iyul, 1942-ci ildə Barnaulda dünyaya gələn Miroşniçenko Moskva İncəsənət Akademik Teatrının səhnəsində oynayıb, həmçinin “Mən Moskvada addımlayıram”, “Andrey Rublev”, “Qış albalısı” və s. filmlərdə rol alıb.

 

1988-ci ildə RSFSR xalq artisti adını alıb. 2021-ci ildə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, mətndə deyilir: &nb...

"İnsanlar bəzən bilərəkdən səhv addımlar atırlar"- Yeni TƏDQİQAT

London Universitetində aparılan yeni tədqiqat insanların bəzən bilərəkdən “axmaq” və ya səhv addımlar atdığını ortaya qoyub.   Sfera.az ...

Prezident ona ali xüsusi rütbə verdi

Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə ...

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...