Xidmətlərə niyə az pul xərcləyirik? – Səbəblər

Xidmətlərə niyə az pul xərcləyirik? – Səbəblər

Azərbaycan əhalisinin istehlak xərclərində pullu xidmətlərin payı olduqca azdır.

 

Sfera.az xəbər verir ki, 2022-ci ildə əhalinin istehlak xərclərinin 17,2 faizi pullu xidmətlərdən ibarət olub. Xərclərin qalan hissəsini, yəni 82,8 faizini ərzaq və qeyri-ərzaq xərcləri təşkil edib.

 

Son illərdə istehlak xərclərində pullu xidmətlərin payının azalması müşahidə olunur. Pullu xidmətlərin payının ən yüksək olduğu 2010-cu ildən sonra istehlak xərclərində xidmətlərin payı azalır.

 

Əhali 2010-cu ildə istehlak xərclərinin 28 faizini pullu xidmətlərin əldə edilməsinə yönəltmişdi. Sonrakı illərdə pullu xidmətlərin payında azalma dinamikası başladı və 2020-ci ildə pandemiyanın da təsiri ilə 16,2 faizə gerilədi. Pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tədricən ləğv edilməsindən sonra pullu xidmətlərə xərclənən pulun məbləği sürətlə artsa da cəmi istehlak xərclərində sektorun payı qismən artaraq 17,2 faiz olub.

 

Azərbaycandan fərqli olaraq orta və yüksək gəlirli ölkələrdə pullu xidmətlərin payı daha yüksək olur. İnkişaf etmiş ölkələrdə cəmi xərclərin 50 faizindən çoxu pullu xidmətlərə yönəldilir. Azərbaycan kimi orta və aşağı gəlir səviyyəsi olan ölkələrdə isə xidmətlərin payı 30-50 faiz intervalında dəyişir.

 

Azərbaycanın istehlak bazarında pullu xidmətlərin payının daha az olmasını 3 səbəblə əlaqələndirmək olar.

 

Əsas səbəb əhalinin gəlirlərinin aşağı olmasıdır. Orta və aşağı gəlirli ölkələrdə insanlar əldə etdikləri gəlirin çox hissəsini ərzaq mallarının və qeyri-ərzaq mallarının alınmasına xərcləyir. Qalan vəsait isə pullu xidmətlərə yönəldilir. Gəlirlər az olduqda pullu xidmətlərə yönəldilən vəsait də az olur.

 

Digər mühüm səbəb qiymət amilidir. Azərbaycan bir çox ölkə ilə müqayisədə pullu xidmətlərin dəyəri aşağı olan ölkələrdən hesab edilir. Ölkəmizdə daha çox istifadə edilən xidmətlərin (kommunal, ictimai nəqliyyat və s.) dəyəri dövlət tərəfindən müəyyən edildiyindən bazar qiymətlərindən aşağı olur. Pullu xidmətlərin dəyəri az olduqda isə ona xərclənən vəsaitin məbləği də az olur.

 

Pullu xidmətlərin dəyərinə təsir edən üçüncü əsas səbəb ümumi xidmətlərin bir hissəsinin pulsuz olmasıdır. Azərbaycanda hələ də xidmətlərin önəmli hissəsi dövlət tərəfindən pulsuz göstərilir. Təhsil, səhiyyə və bir sıra digər sosial xidmətlər pulsuzdur. Bu xidmətlərin həcmi böyük olsa da onların dəyəri dövlət tərəfindən qarşılanır. Buna görə də əhali hər xidmətə görə pul ödəmir.

 

Sadalanan amillər ölkəmizdə pullu xidmətlər bazarının payının az olmasına səbəb olur.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...

“Boşanma ərizəsi yazmağa 1 şirvan pulum yox idi”

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, qurduğu ailə həyatında yaşadıqlarını dilə gətirən sənətçi maraq...

Mingəçevir icra hakimiyyətində faciə

Mingəçevirdə təmir işi görən gənc dünyasını dəyişib.   Sfera.az Unikal-a istinadla xəbər verir ki, hadisə 20 Yanvar küçəsində, Mingəçevir Şəhər İcra ...

Moskvada 500-dən çox miqrant saxlanıldı - VİDEO

Rusiyada qanunsuz miqrantların müəyyən edilməsi üçün Moskvanın yataqxanalarında və ibadət evlərində reydlər keçirilib.   Sfera.az xəbər verir ki, Mos...