Bu ünvanda evlər söküləcək, sakinlərə hər ay KİRAYƏ PULU VERİLƏCƏK

Bu ünvanda evlər söküləcək, sakinlərə hər ay KİRAYƏ PULU VERİLƏCƏK

Bakıda "Kubinka" adlanan ərazidə yaşı 200-dən çox olan binaların söküntüsünə başlanılıb.

 

Sfera.az xəbər verir ki, Cəlil Məmmədquluzadə və Zivərbəy Əhmədbəyov küçələrinin kəsişməsində yerləşən ərazidə təhlükəli binaların sakinlərinin köçürülməsi həyata keçirilib.

 

Sakinlərə sökülən evləri müqabilində 11 mərtəbəli binalarda öz evlərinin sahəsindən 20 m² əlavə sahəsi olan mənzillər və tikinti prosesi başa çatana qədər kirayə pulu təklif edilib. Sakinlərin böyük bir qismi bununla razılaşaraq evlərini tərk ediblər. Lakin evlərini tərk etməkdən imtina edən, əlavə kvadrat metr və ya daha çox pul istəyən sakinlər də var.

 

"Kubinka"da tikinti sahəsi 5,5 hektardır və ümumən tikiləcək sahə isə 170 min kvadrat metrdir. Ərazidə 15 bloklu 11 bina inşa ediləcək. Hər bir binada mənzillərin hündürlüyü 3,65 metr olacaq. Hər bir bina 3 liftlə təmin ediləcək. Ərazidə həmçinin 2500 ağac da əkiləcək. Park və idman meydançalarının da tikilməsi nəzərdə tutulub.

 

Ətraflı videomaterialda izləyə bilərsiniz:

 


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...