Üç keçmiş rəqqasəsi müğənnini məhkəməyə verib - Cinsi qısnama ittihamı ilə

Üç keçmiş rəqqasəsi müğənnini məhkəməyə verib -  Cinsi qısnama ittihamı ilə

Lizzo səhnə adı ilə ictimaiyyətə daha çox tanınan amerikalı müğənni, reper və aktrisa Melissa Vivian Cefferson böyük skandalın içərisinə düşüb.
 

Sfera.az bildirir ki, ulduzun üç keçmiş rəqqasəsi - Arianna Davis, Crystal Williams və Noel Rodriguez - Los-Anceles Ali Məhkəməsinə cinsi qısnama və düşmənçilik iş mühiti yaratmaqda ittiham edərək ona qarşı iddia qaldırıblar.
 

Məhkəmə sənədlərində iddia olunur ki, Amsterdamdakı striptiz klubunda, o, rəqqasları növbə ilə çılpaq ifaçılara toxunmağa dəvət edib və həmçinin ifaçıların vajinalarından atılan dildoları tutmağa və oradan çıxan bananları yeməyə təşviq edib.
 

Bu kifayət etməyib. Qızlar 140 kiloqram çəkisi olan müğənninin onlardan birini təhqir etdiyini bildiriblər. Eyni zamanda, Lizzo özünü bədən pozitivliyinin tərəfdarı kimi təbliğ edir.


Başqa bir halda, iddiaçılar Lizzonun rəqqasları Paris klubuna dəvət etdiyini, lakin bunun çılpaq insanlar üçün kabare barı olduğunu qeyd etmədiyini iddia edirlər. Bu, müttəhimin onları iştirak etməmək hüququndan məhrum etdiyini bildirən rəqqasları şok edib.
 

Həmçinin, müğənninin qastrol səfərində iştirak edən iddiaçıların dediyinə görə, onun xoreoqrafı Şirlin Kuiqli öz dini inanclarını komanda üzvlərinə sırıyıb və onları başqa insanların gözü qarşısında alçaldıb. Məsələn, o, “ədəbsiz seksual fantaziyalar” paylaşaraq, nikahdan əvvəl cinsi əlaqədə olanları danlayaraq, iddiaçılardan birinin bakirəliyini açıq şəkildə müzakirə edib.
 

"Lizzo və onun idarə heyətinin ifaçılarla necə rəftar etməsinin heyrətamiz təbiəti Lizzonun açıq şəkildə müdafiə etdiyi hər şeyə zidd görünür. Şəxsi olaraq o, öz rəqqasələrini nəinki qanunsuz, həm də tamamilə ruhdan salan üsullarla biabır edir və alçaldır"- deyə bu barədə qızların vəkili Ron Zambrano jurnalistlərə bildirib.


Bütün zərərçəkmiş iddialarına aşağıdakılar daxildir: düşmən iş mühiti, cinsi qısnama, dini qısnama, irqi təqib, əlilliyə görə ayrı-seçkilik və təcavüzün qarşısının alınmaması və ya aradan qaldırılmaması. Lizzo xüsusilə əlilliyə görə ayrı-seçkilik, düşmən iş mühiti yaratmaq, cinsi təcavüz və qeyd olunan problemləri həll etməməkdə günahlandırılıb.

Lizzodan əlavə, müttəhim qismində onun tur şirkəti “Big Grrrl Big Touring Inc.” də göstərilir.


Qalmaqal artıq ilk ictimai reaksiyasını alıb. Müğənni Beyons “Break my soul” mahnısını ifa edən müğənni Lizzonun adını mətndən çıxarıb. Bəstənin sözlərində Beyonsenin Lizzo, Lauryn Hill, Betti Davis və bacısı Solanj Noulz da daxil olmaqla qaradərili sənətçilərin adlarını sadaladığı bir hissə var. Bostondakı çıxışı zamanı ulduz, yəqin ki, qəsdən Lizzonun adını buraxaraq, sözləri dəyişdirib.
 

Lizzonun özü isə, hələlik iddia ilə bağlı açıqlama verməyib. Lakin o, fleyta ifa etdiyi konsertdən bir parçanın videosunu sosial şəbəkədə yerləşdirib.


"Əsl sevgi, özünüzə satın aldığınız bir şey deyil. Əsl sevgi, nəhayət, tək olduğunuz zaman baş verir"- yazıda deyilir.
 

İstifadəçilər şərhlərdə sənətçiyə iddia ilə bağlı sual versələr də, o, bütün sualları cavabsız qoyub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR