Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində...

Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində...

Növbəti tədris ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən yalnız yeni məktəbli formalarından istifadə olunmağa başlanacaq.

 

Məktəb formalarının təsvirləri “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli Qərarı ilə tənzimlənir. Bununla belə, məktəbli formalarının seçilməsi müvafiq məktəbin Pedoqoji Şurasının qərarı ilə müəyyən edilir.

 

Elm və Təhsil Nazirliyindən Referans.az-ın sorğusuna cavab olaraq bildirikib ki, məktəbli formaları ilə bağlı qərar yalnız dövlət ümumi təhsil müəssisələrinə şamil edilir. Özəl ümumi təhsil müəssisələri bu məsələni öz nizamnamələrinə uyğun şəkildə tənzimləyirlər.

 

Bakıda yerləşən ümumi təhsil müəssisələrindən aldığımız məlumata görə, bəzi məktəblər artıq formaların təsvirinə qərar verib, bir hissəsi isə təxminən bir həftə ərzində yekun qərar verəcəyini bildirir.

 

Keçən il tədris ilinin başlamasına yaxın tarixlərdə məktəb formalarının satışı ilə məşğul olan müəssisələrdə izdiham müşahidə edildi. Bu il də belə bir halın yaşanması istisna deyil. Məsələ ilə bağlı Bakı Tikiş Evi Referans.az-a bildirib ki, məktəbli formalarının satışı ilboyu davam edir:

 

“Məktəblər özləri formaların necə olacağını qərarlaşdırıb valideynlərə bildirirlər və valideynlər gəlib formanı alırlar. Bizim məktəblərlə bu məsələ ilə bağlı əlaqəmiz yoxdur. Keçən il qərar gec verildiyinə görə biraz çətinlik oldu. Amma indi heç də elə bir çətinlik yoxdur. Bütün ölçülərdə və rənglərdə məktəb formaları bizdə mövcuddur. Şəhərin 10 nöqtəsində bizim mağazalarımız var. Bəzi metrolara yaxın ərazilərdə, Maştağa, Mərdəkan, Sahil, Qaradağ və s. bu kimi qəsəbələrdə ”.

 

Əlavə olaraq, Bakı Tikiş Evi valideynlərə övladları üçün məktəbli formaları almağı son günlərə saxlamamağı tövsiyə edib.


OXŞAR XƏBƏRLƏR

Anası tərəfindən səhnəyə itələndi, kazinoçular tərəfindən oğurlandı - FOTOLAR

Yeşilçamın “mavi muncuğu” kimi yadda qalan Emel Sayın həm səsi, həm də oynadığı filmlərin uğuru ilə ürəyimizi fəth edən bir addır. Ancaq çoxları &ld...

Balıq ovuna qadağa qüvvəyə mindi: Qiymətlərə təsir edəcək?

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1...

50 manata şaftalı? - Paytaxt bazarlarında əl yandıran QİYMƏTLƏR

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.   Sfera.az ATV-yə istinadən məlumat ver...

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...