“Ermənistan Qərbi Azərbaycan İcmasının hüquqlarını pozur” - Hikmət Hacıyev

Siyasət
17:42 / 02.08.2023
3752
“Qərbi Azərbaycan İcması Ermənistanda 1980-ci illərin sonunda qovulduğu doğma yurdlarına qayıtmaq hüququna sahibdir”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Asharq Al-Awsat” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın o dövrdəki demoqrafik vəziyyətinə nəzər saldıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və yerli icma olduqlarını görmək mümkündür: “Lakin bugünkü Ermənistan monoetnik cəmiyyətdir. Qərbi Azərbaycan İcması öz vətəninə qayıtmaq hüququna sahibdir. Təəssüflər olsun ki, Ermənistan bu icmanın hüquqlarını tam olaraq pozur”.