Azərbaycanda hərbçi yol qəzasında ÖLDÜ - VİDEO

Cəmiyyət
13:33 / 02.08.2023
3739
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az unikal-a istinadən xəbər verir ki, hərəkətdə olan iki minik maşınının toqquşması nəticəsində 20-DX-032 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü, Azərbaycan Ordusunun Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu (MAXE) 1984-cü il təvəllüdlü Tovuz rayon sakini Ceyhun Ağarzayev və sərnişin 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib.
1961-ci il təvəllüdlü Faxrəddin Bədirov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.