Dollara tələb artıb – MANAT UCUZLAŞACAQ?

Dollara tələb artıb – MANAT UCUZLAŞACAQ?

Ötən gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. Məlumata görə, hərracda tələb 66,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

 

 Qeyd edək ki, bu göstərici ötən hərracdan 2,1 dəfə çoxdur. Belə ki, iyulun 27-də keçirilən valyuta hərracında banklar 32,5 milyon dollar alış həyata keçirib.

 

Maraqlıdır, ölkədə dollar tələbatın artmasının səbəbi nədir? Tələbin artması manatın məzənnəsinə necə təsir edə bilər?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Eldəniz Əmirov yeni tədris mövsümü ilə əlaqədar dollar tələbatının artmasının gözlənilən olduğunu deyib:

 

“Dollara olan tələbin kəskin artım səbəbi kimi bir sıra məqamları qeyd etmək olar. Əsas amil yeni tədris mövsümü ilə əlaqədar dollara tələbin artmasıdır. Məktəb ləvazimatlarının, vəsaitlərinin, məktəbli formalarının və digər idxal məhsullarının ölkəyə gətirilməsi prosesinin başlaması dollara olan tələbi artırıb. Digər bir amil isə xaricdə təhsil alan tələbələrin növbəti tədris ilinə hazırlıqlara başlamasıdır. Nəzərə alsaq ki, bu proses hələ bir müddət davam edəcək, qarşıdakı müddətdə dollara tələbinin yüksək qalması mümkündür”.

 

Ekspert mövcud durumun manata təsirindən də danışıb:

 

“Qeyd etdiyim amillər bir-iki aylıq dövrü əhatə edəcək. Odur ki, dollara tələbin artım dinamikası davamlı olmayacaq. Ona görə də hər hansı bir ciddi təzyiqdən söz gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları və mövcud neft qiymətləri manata qorxu yaratmayacaq”.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Anası tərəfindən səhnəyə itələndi, kazinoçular tərəfindən oğurlandı - FOTOLAR

Yeşilçamın “mavi muncuğu” kimi yadda qalan Emel Sayın həm səsi, həm də oynadığı filmlərin uğuru ilə ürəyimizi fəth edən bir addır. Ancaq çoxları &ld...

Balıq ovuna qadağa qüvvəyə mindi: Qiymətlərə təsir edəcək?

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1...

50 manata şaftalı? - Paytaxt bazarlarında əl yandıran QİYMƏTLƏR

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.   Sfera.az ATV-yə istinadən məlumat ver...

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...