“Paşinyan Rusiyanın bu təklifi ilə razılaşmayacaq, çünki...” - Politoloq

“Paşinyan Rusiyanın bu təklifi ilə razılaşmayacaq, çünki...” - Politoloq

Rusiya XİN rəsmiləri davamlı olaraq  Azərbaycan-Ermənistan sərhədinə KTMT missiyasının yerləşdirilməsi təklifini irəli sürürlər. Rusiya rəsmilri bununla tərəflər arasında gərginliyi azaldacağını bildirir.

 

Lakin görünən odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu təkliflə razılaşmaq niyyətində deyil.

 

Maraqlıdır, Rusiya missiyanın yerləşdirilməsi ilə bağlı nə üçün bu qədər israrlıdır? Paşinyan Laçın istiqamətində son gərginlik süəbəbindən bu təkliflə razılaşa bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Rusiyanın belə bir təkliflə çıxış etməsinin altında xüsusi məqsədin dayandığını bildirib:

 

“Rusiya KTMT-nin əsas nüvəsi olaraq  bu gün Azərbaycan-Ermənistan sərhədində  bütövlükdə prosesdə mövcud deyil. Onun əvəzində Avropa Birliyinin yarım hərbi müşahidə missiyası mövcuddur ki, Rusiya da bundan narahatdır. Çünki Avropa Birliyi müşahidə missiyasının Ermənistana gətirilməsi sadəcə olaraq, Azərbaycan-Ermənistan arasında sabitliyi təmin etmək üçün deyil, bu, daha böyük hədəflərə hesablanıb. Belə ki, məqsəd Rusiyanı tədricən prosesdən sıxışdırmaq və nəticədə Cənubi Qafqazdan çıxarmaqdan ibarətdir. Rusiya da bunu anlayır, ona görə də yenidən KTMT adı altında regiona qayıtmaq, bütün prosesləri nəzarətinə almaq istəyir.

 

Paşinyanın isə Rusiyanın istəyi ilə razılaşacağını düşünmürəm. Ona görə ki, öncə Avropa Birliyi müşahidə missiyasının regionda varlığını sonlandırmaq lazımdır. Bunu isə Ermənistan istəmir. Sülh danışıqlarının ağırlığı Qərbin payına düşür. Xüsusilə də Avropa-Brüssel formatında bu danışıqlar intensiv davam edir. Belə olduqca, düşünümürəm ki, Paşinyan Rusiyanın bu təklifini qəbul etsin”.

 

Ekspert N.Paşinyanın ölkəsinin sərhədləri ilə bağlı planının olduğunu vurğulayıb. N.Mirinin sözlərinə görə, Avropa maliyyə cəhətdən Ermənistanı aslı vəziyyətə salıb:

 

“Ayrıca, Ermənistan son KTMT toplantılarında iştirakdan ya birbaşa imtina edir, ya da bəhanələr edərək prosesdə iştirakdan yayınır. Eyni zamanda Ermənistanın strateji olaraq belə bir hədəfi var ki, tədricən xarici ölkələrlə sərhədlərini öz sərhəd qoşunlarını vasitəsilə qorusun. Belə olduğu təqdirdə, Ermənistanın KTMT-dən uzaqlaşdığı bir vəziyyətdə, düşünmürəm ki, Paşinyan yenidən KTMT-ni Azərbaycan-Ermənistan sərhədinə gətirsin və prosesləri Rusiyanın nəzarətinə qaytarsın.

 

Çünki bu, Ermənistanla Qərb dünyası, ABŞ arasında münasibətlərin korlanmasına gətirib çıxarar ki, bu da Ermənistana qətiyyən lazım deyil. Belə ki, bu gün Ermənistandakı əksər layihələr, perspektivdə Zəngəzurda açılacaq yolun maliyyələşdirilməsi prosesini Avropa Birliyi öz üzərinə götürüb. Bu da milyardlarla vəsait deməkdir. Paşinyan isə bundan imtina etməyi gözə almaz”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Anası tərəfindən səhnəyə itələndi, kazinoçular tərəfindən oğurlandı - FOTOLAR

Yeşilçamın “mavi muncuğu” kimi yadda qalan Emel Sayın həm səsi, həm də oynadığı filmlərin uğuru ilə ürəyimizi fəth edən bir addır. Ancaq çoxları &ld...

Balıq ovuna qadağa qüvvəyə mindi: Qiymətlərə təsir edəcək?

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1...

50 manata şaftalı? - Paytaxt bazarlarında əl yandıran QİYMƏTLƏR

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.   Sfera.az ATV-yə istinadən məlumat ver...

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...