Erməni lobbisi ABŞ-da “Atatürk” serialının nümayişini ləğv etdirib – Türkiyədən etiraz

Erməni lobbisi ABŞ-da “Atatürk” serialının nümayişini ləğv etdirib – Türkiyədən etiraz

Erməni lobbisinin məqsədi Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasının qarşısını almaqdır.

 

Sfera.az xəbər verir ki, bu barədə hakim “Ədalət və İnkişaf” partiyasının nümayəndəsi Ömər Çelik özünün Tvitter səhifəsində yazıb.

 

Onun sözlərinə görə, "Disney" platforması erməni lobbisinin təzyiqinə boyun əyərək Atatürklə bağlı serialın nümayişini ləğv edib.

 

“Bu platformada belə davranış Türkiyə Cümhuriyyətinin və xalqımızın dəyərlərinə hörmətsizlikdir. Dəfələrlə qeyd etdiyimiz kimi, ABŞ-də qondarma “soyqırım” iddialarını təbliğ edən bu şəbəkə tarixi hadisələrdən öz saxtakarlıq siyasəti üçün alət kimi istifadə edir. Bu lobbinin yeganə məqsədi dəfələrlə müşahidə olunduğu kimi, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasının qarşısını almaqdır”,-deyə o yazıb.

 

Xatırladaq ki, daha əvvəl "Disney Plus" müasir Türkiyə dövlətinin qurucusu Mustafa Kamalın həyatından bəhs edən "Atatürk" serialını yayımlamaqdan imtina etmək qərarına gəlib.

 

“Türkiyənin 100 illiyi”ndən bəhs edən serial noyabrın 3-dən bədii filmə çevriləcək və eksklüziv olaraq Türkiyə kinoteatrlarında nümayiş olunacaq. Film "Disney"ə 8 milyon dollara başa gəlib.

 

Xüsusilə ABŞ Erməni Milli Komitəsi (ANCA) müasir Türkiyənin qurucusunun həyatından bəhs edən teleserialın nümayişinə qarşı olduğunu bildirib, "Disney"dən filmin yayımını ləğv etməyi tələb edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

50 manata şaftalı? - Paytaxt bazarlarında əl yandıran QİYMƏTLƏR

Paytaxt bazarlarında bəzi meyvə və tərəvəzlərin qiymətində ötən illə müqayisədə kəskin artım müşahidə olunur.   Sfera.az ATV-yə istinadən məlumat ver...

Makedoniyalı İsgəndərin ailəsinin sirri: İndi də sərkərdənin atasının cəsədi itkin hesab edilir

Təxminən 50 il əvvəl arxeoloqlar Yunanıstanın şimalındakı qədim Vergina şəhəri yaxınlığında qazıntılar zamanı yeni bir kəşf ediblər. Qərara gəlinib ki, Makedoni...

Ronaldonun öz-özünə danışması gündəm oldu - VİDEO

Asiya Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.   Sfera.az xəbər verir ki, son oyun günündə Kriştianu Ronaldonun komandası “Ən...

Leyla və Arzu Əliyevalar konsertdə - FOTOLAR

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gə...

Təkərli Gitara: Elvis Preslinin ən qeyri-adi avtomobili satılır - FOTO

Elvis Preslinin çox qeyri-adi "Cadillac"ı Fransada satışa çıxarılıb. Nəhəng çəhrayı avtomobil gitaraya bənzəyir.   Sfera.az bildirir ki, &l...

May ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?

Maqnit qasırğaları insanların sağlamlıq vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.   Sfera.az xəbər verir ki, meteoroloqların fikrincə, ma...