Prezidentdən sülh danışıqları ilə bağlı növbəti AÇIQLAMA

Siyasət
23:00 / 01.08.2023
7080
“Əgər Ermənistan ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysa, onda biz tezliklə sülh variantını tapa bilərik”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahbəsində deyib.
“Sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik”, - deyə Prezident İlham Əliyev bildirib.