Teymur əminin iflic olan nəvəsini 100 min manat xilas edə bilər - VİDEO
Cəmiyyət
22:06 / 01.08.2023
4074
Xalq artisti Teymur Mustafayevin (Teymur əmi) öz adını daşıyan nəvəsinin köməyə ehtiyacı var.
Sfera.az xəbər verir ki, bu barədə "Baku" TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib.
Avtomobil qəzası keçirən 28 yaşlı Teymur Mustafayev bir ildir ki, yataq xəstəsidir. O, əl və ayağın iflicindən, ağır onurğa beyin travmasından əziyyət çəkir.
Teymurun sözlərinə görə, onun müalicəsinə bir müddət qohumları dəstək olub.
“Babam sağlığında nəvələri üçün hər şeyi etdi. Yaşasaydı, məni bu vəziyyətdə qoymazdı”, - o söyləyib.
Mərhum Xalq artistinin nəvəsinin sağlamlığına qovuşması üçün 100 min manata ehtiyac var:
“Müalicəmi xaricdə davam etdirmək istəyirik. Heç olmasa əsa ilə gəzə biləcəyəm”.
Daha ətraflı süjetdə: