Rieltor müştərinin evində süd içdiyinə görə 20 min dollar cərimələndi

Rieltor müştərinin evində süd içdiyinə görə 20 min dollar cərimələndi

Kanadanın Britaniya Kolumbiyası ştatından olan daşınmaz əmlak agenti Mayk Rouz müştərisinin evinin nümayişi zamanı konteynerdən süd içdiyinə görə 20 min dollar cərimə olunub.



Sfera.az bildirir ki, 2022-ci ildə bir evi potensial alıcılara göstərmək üçün gələn rieltor susayıb və soyuducuda içməyə bir şey axtarmağa başlayıb. Su tapmadığı üçün paketdəki südü başına çəkərək içmək qərarına gəlib. Satıcılar evdə gizlədilən müşahidə kamerasının videogörüntülərinə baxanda vəziyyətdən xəbər tutublar.



Rose hadisədən sonra nə müştərilərindən icazə istəyib, nə də südü dəyişdirməyi təklif edib.


Ev nümayişlərinin son günündə satıcılar Rosedən onlara deməli bir şeyin olub olmadığını soruşublar (guya südlə bağlı).



Bundan sonra satıcılar kişiyə evlərinə qayıtmağı qadağan edib, daha sonra isə onun süd içdiyi videonu internetdə yayıblar. Digər müştərilər də öz agenti kimi Rozu rədd ediblər.

Hazırda başqa bir broker şirkətində işləyən rieltor bu cür davranışın onun üçün xarakterik olmadığını bildirib. Onun sözlərinə görə, buna onu çox susadan və böyük stress vəziyyətində olan yeni dərman qəbul etməsi səbəb olub.



Razılıq qərarına uyğun olaraq, Rose 20.000 ABŞ dolları intizam cəriməsi, həmçinin 2.500 dollar icra xərclərini ödəməyə razı olub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR