Zərgərlik mağazasından təxminən 15 milyon avro qarət edildi - FOTO

Zərgərlik mağazasından təxminən 15 milyon avro qarət edildi - FOTO

Fransa polisi bu gün günortadan sonra Parisin mərkəzində “Piaget” zərgərlik mağazasını soyan iki kişi və bir qadını axtarır. Zərərlərin təxmini məbləği 10-15 milyon avro arasındadır.


Sfera.az bildirir ki, Fransa polisinin hesabatında cinayəti törədənlərin Cənubi Amerika əsilli olduğu bildirilir. Onlar tüfənglə mağazaya daxil olublar. Daha sonra naməlum şəxslər bir neçə pəncərəni açaraq qızıl-zinət əşyalarını oğurlayıblar.

 

Zərgərlik mağazasının giriş qapısı sındırılmayıb və soyğunçular özləri cinayət yerini piyada tərk ediblər. Oğurluq zamanı heç kim xəsarət almayıb.
 

Paris prokurorluğu araşdırmaya başladığını təsdiqləyib. Hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkar qrup tərəfindən silahlı soyğunçuluq və adam oğurluğu hallarını müəyyən etdiklərini bildiriblər.

Cinayətkarlar nəqliyyatdan istifadə etmədən hadisə yerindən qaçıblar. Onlar heç kimə xəsarət yetirməyiblər. Qadın yaşıl paltar və qara şalvar, kişilər isə boz kostyum geyinib. İstintaq hərəkətləri mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsi tərəfindən aparılır.
 

Xatırladaq ki, iyun ayında aktyor Pirs Brosnanın həyat yoldaşı evdə olarkən evi qarət edilmişdi. Naməlum şəxs əvvəlcə Ceyms Bond ulduzunun qonşusunun evinə, daha sonra isə Brosnanın Malibudakı malikanəsinə soxulub. İçəri girən şəxs qaçmazdan əvvəl hətta aktyorun evində duş qəbul etməyi bacarsa da, sonradan saxlanılıb və oğurluqda ittiham olunub.
 

Həmçinin 2021-ci ilin aprelində “Adidas”ın keçmiş sahibi, mübahisəli milyonçu Bernard Tapie Fransada döyülüb və qarət edilib. Əvvəllər o, dələduzluqda və büdcə vəsaitlərini mənimsəmək üçün sui-qəsddə ittiham olunub.

 

Aynil

sfera.az


OXŞAR XƏBƏRLƏR