Aleksey Navalnıya qəribə QADAĞALAR 

Aleksey Navalnıya qəribə QADAĞALAR 

Rusiya müxalifətinin lideri, hazırda cəzasını ciddi rejimli həbsxanada çəkən siyasətçi Aleksey Navalnıya kriminal jarqon kimi qəbul edilə bilən rusca “xata” (daxma) və ya “krışa” (dam) kimi sözləri tələffüz etmək qadağan edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə onun instaqram hesabında məlumat yayılıb.

 

Navalnının sözlərinə görə, bu tip “kriminal” jarqonlar onun cəza kamerasına salınması üçün səbəb sayılacaq. Siyasətçi bu qaydanın ləğvi tələbi ilə Ali Məhkəməyə müraciət edib.

 

Navalnı məhbusların jarqon sözlərdən istifadəsinə qadağanın hələ SSRİ Daxili İşlər Nazirliyinin 1983-cü il tarixli qərarı ilə tənzimləndiyini bildirir. Sənədə istinad onun şikayətinə aldığı yazılı cavabda da yer alıb. Eyni zamanda, o, hansı sözlərin tələffüz edilə bilməyəcəyini bilmir. Çünki 1983-cü ilin sənədi məxfi xarakter daşıyır. Buna görə də rusiyalı müxalifətçiyə həmin jarqonların tam siyahısını verməkdən imtina ediblər.

 

Navalnı istehza ilə “Qunduzun evi haqqında qorxmadan danışa bilərsiniz. Bremen musiqiçilərinin mahnısına görə heç kim sizə toxunmayacaq. Məni isə buna görə cəza kamerasına salacaqlar” sözlərini yazıb. (Musavat.com)


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...