Əməkdar incəsənət xadimi VƏFAT ETDİ - FOTO

Əməkdar incəsənət xadimi VƏFAT ETDİ - FOTO

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov 77 yaşında vəfat edib.

 

Bu barədə Sfera.az-a ittifaqdan məlumat verilib.

 

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir.

 

Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var


OXŞAR XƏBƏRLƏR