Göyçayda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi - FOTOLAR

Göyçayda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi - FOTOLAR

“Heydər Əliyev İl”i ilə əlaqədar 01 avqust 2023-cü tarixdə Göyçay şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi.


Sfera.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül-çiçək  dəstələri düzüblər. 


Göyçay rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında dəyirmi masa ətrafında davam edən tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 


Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin  başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, respublikanın Əməkdar müəllimi  Adil Məmmədov, rayon ziyalıları iştrak ediblər.


Dəyirli masanı giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin  başçısının müavini Zivər Zeynalova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ədəbi dilinin saflığına daim diqqət və qayğı göstərməsindən, Ulu Öndərin çıxışlarında hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun dili olduğunu xüsusi qeyd edib. 


Respublikanın Əməkdar müəllimi Adil Məmmədov, şəhər 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İlahə Aslanova, Göyçay şəhər 6 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Əliyeva Azərbaycan dilinə dövlət dil statusunun verilməsinin məhz Ümummilli Liderin səyi və təşəbbüsü ilə 1978-ci ildə aprelin 27-də Azərbaycan SSRİ Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi ilə yazıldığını vurğulayıblar.
Bildiriblər ki, Heydər Əliyevin  2001-ci ilin 9 avqust  tarixli Fərmanı ilə  “01 avqust  Azərbaycan əlifbası və Azərbaycan dili” günü  kimi qeyd olunur. Ana dilin  hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurverici olduğu qeyd edilib. Dil təkcə ünsiyyət vasitəsi deyil, həmdə xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından aslı olmayaraq  hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı və onları təbliğ etməlidir.


Sonda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx nümayiş olunub. 


 


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...