“Meşəli ilə bağlı cinayət işinin istintaqını döyüş şəraitində başa çatdırmaq mümkün olmamışdı” - RƏSMİ

“Meşəli ilə bağlı cinayət işinin istintaqını döyüş şəraitində başa çatdırmaq mümkün olmamışdı” - RƏSMİ

“Meşəli soyqırımı qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayət hadisələrindən biridir”.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan hərbi prokurorunun böyük köməkçisi İsmayıl Əliyev “Real” televiziyasının “Real İntervyu” verilişində deyib.

 

Onun sözlərinə görə, Meşəli kəndində baş verən soyqırımı erməni silahlı birləşmələri tərəfindən 1989-cu ildən 1992-ci ilədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı soyqırımı cinayətlərinin bir epizodudur:

 

“Həmin hadisə ilə əlaqədar cinayət işi başlanaraq ilkin istintaq hərəkətləri aparılsa da, döyüş şəraitində istintaqı başa çatdırmaq mümkün olmayıb, lakin istintaq uğurla davam etdirilib və müəyyən edilib ki, Vaqif Çerkezoviç Xaçatryan qanunsuz erməni silahlı birləşməsinin digər üzvləri ilə birlikdə Xocalı rayonu, Meşəli kənd əhalisinə silahlı basqın edərək 25 nəfəri qətlə yetirib, 14 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirib və 338 nəfər şəxsi heç bir qanuni əsas olmadan yaşayış yerindən didərgin salıb”.

 

İ.Əliyev, həmçinin bildirib ki, Vaqif Xaçatryanın həmin cinayəti törətməsi şahid və zərərçəkmiş şəxslərin ifadələri ilə tam sübuta yetirilib.

 

Onun sözlərinə görə, 2013-cü ildə Vaqif Xaçatryan Meşəli soyqırımı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycanın Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib:

 

“V.Xaçatryanın axtarışı istiqamətində həmin vaxtdan beynəlxalq təşkilatlarla danışıqlar aparılıb, 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçatryan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb”.


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...