Meyxanaçı Vüqardan rəqqasə Renkaya: "Bir maşın almısan daha..."

Maqazin
17:18 / 01.08.2023
4704
Rəqqasə Rəna Ağamuradovanın (Renka) sürücüləri tənqid etməsinə meyxanaçı Vüqar Əbdülov münasibət bildirib.
Sfera.az xəbər verir ki, meyxanaçı bu haqda "Meyxəbər" verilişində danışıb.
"Renkanın deyəsən "ilanboğan" vaxtları yadından çıxıb. İndi bir dənə avtomibl almısan, gözün ayağının altını görmür?".
Qeyd edək ki, Renka açıqlamasında "Bakıda o qədər səviyyəsiz, tərbiyəsiz sürücülər var ki... Artıq onlarla mübarizə aparmaq gücüm yoxdur. Bakıda bunların əlindən maşın sürmək nədir, yaşamaq belə istəmirsən. Mən niyə hər gün stress yaşamalıyam axı" sözlərini demişdi.(axşam.az)