Madonnadan gündəm olan AÇIQLAMA: “Vəziyyətim pisləşəndə..”

Maqazin
15:16 / 01.08.2023
6352
Ötən ay xəstəxanaya yerləşdirilən məşhur müğənni Madonnanın son paylaşımı gündəm olub.
Sfera.az bildirir ki, ifaçı bir aydan sonra fikirlərini izləyiciləri ilə bölüşüb. O, “İnstagram” hesabında bunları yazıb: “Ailə və dostların sevgisi ən yaxşı dərmandır. Bir ana olaraq, özünüzü həmişə uşaqlarınızın ehtiyaclarına həsr etdiyinizi hiss edə bilərsiniz, amma vəziyyətim pisləşəndə onlar həqiqətən də mənim yanımda oldular”.
Xatırladaq ki, Madonna iyunun 24 ciddi bakterial infeksiya səbəbiylə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Ona ağır bakterial infeksiya diaqnozu qoyulmuşdu.
Türkan