“Naxçıvan” Universiteti Elmi Kitabxanasının informasiya mənbələri zənginləşir

“Naxçıvan” Universiteti Elmi Kitabxanasının informasiya mənbələri zənginləşir

Bildiyiniz kimi, 27 aprel 2023-cü il tarixində “Naxçıvan” Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilədə hər iki ali təhsil müəssisəsinin Elmi Kitabxanaları arasında  əməkdaşlıq memorandumunun imzalanması da nəzərdə tutulub.  

Bu məqsədlə yaxın günlərdə “Naxçıvan” Universiteti Elmi Kitabxanasının müdiri Emelya Süleymanova və Azərbaycan İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin (UNEC KİM) direktoru Adilə Abdullayeva arasında kitabxana sistemi ilə bağlı onlayn görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.  

Onlayn görüşlərin nəticəsində artıq Azərbaycan İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin (UNEC KİM) elektron kitabxanası “Naxçıvan” Universitetinin professor-müəllim heyətinin və tələbələrinin istifadəsinə verilib. 

Eyni zamanda, universitet heyəti və tələbələr UNEC KİM-in açıq girişi olan və abonə olduqları elektron bazalarındakı 1 milyona yaxın resursdan istifadə edə biləcəklər. 

İndi isə sizə açıq girişi olan və istifadə edə biləcəyimiz elektron bazaları təqdim edirik:

1. AgEcon- Kənd təsərrüfatı və iqtisadiyyata dair resurslar 

2. Açıq elmi kataloq 

3. Açıq dərslik kitabxanası 

4. Açıq jurnallar 

5. Ankara universitetinin resursları 1 

6. Ankara universitetinin resursları 2 

7. Birləşmiş Millətlər Kitabxanası 

8. Beynəlxalq Valyuta Fondu 

9. Dünya Fondu 

10. Müxtəlif bilik sahələri üzrə resurslar 

11. Elsevier | An Information Analytics Business- Qeyd edək ki, 1880-ci ildə Hollandiyada əsası qoyulmuş "Elsevier”  dünyanın 180-dən çox ölkəsinə xidmət göstərən "Elsevier” korporasiyası elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış nəşriyyat və analitika şirkətidir. Arxivində 16 milyondan çox sənəd və 33 000-dən çox elektron kitab olan, hər il 2500 jurnalda 470 mindən çox məqalənin dərc edildiyi korporasiyanın məhsulları üzrə illik yükləmələrin sayı 1 milyarddan çoxdur.

Eyni zamanda, "Elsevier” sıralarında "ScienceDirect”, "Scopus”, "Elsevier Research Intelligence” və "Clinical Key” kimi mükəmməl elektron xidmətlərin olduğu veb-bazalı, rəqəmsal həllər və "The Lancet” və "Cell” kimi məşhur nəşrləri əhatə edir.   

12.Hindawi //www.hindawi.com/ - 

13. Siyasi elmlərə dair jurnallar 

14. İnternet arxivi 

15. Bakı Dövlət Universitetinin resursları elibrary.bsu.az 

16. EconBiz 

17. Dünya rəqəmsal kitabxanası 

18. Kembric Universiteti Nəşri 

19. Kembric Universiteti Nəşri 2 

20. İstanbul Universiteti kitabxanası 

21. Universal Rəqəmsal Kitabxana-Milyon Kitab Kolleksiyası 

22. İKSAD Beynəlxalq Nəşriyyat Evi 

Abunə olduqları elektron bazalar: 

1. İPRSMART 

2. Emerald 

3. EBSCOhost. 


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...