İranın XİN rəhbəri Quranın yandırıldığı ölkələrə sanksiya qoyulmasını təklif etdi

İranın XİN rəhbəri Quranın yandırıldığı ölkələrə sanksiya qoyulmasını təklif etdi

Quranın təhqir edilməsi beynəlxalq səviyyədə cinayət məsuliyyətini yaratmalı, belə hərəkətlər təkrarlanarsa, diplomatik münasibətlər minimum səvəyyəyyə salınmalı və ya kəsilməli, həmin ölkədən malların alınmasına embarqo qoyulmalıdır.

 

Sfera.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İslam Əməkdaşlıq Təşkilatının onlayn iclasından sonra öz Tvitter səhifəsində yazıb.

 

“Mən bu əməllərin beynəlxalq səviyyədə kriminallaşdırılmasını, bu iki ölkəyə İƏT nümayəndə heyətinin göndərilməsini, günahkarların ciddi şəkildə cəzalandırılmasını və təkrarlanarsa, əlaqələrin səviyyəsinin aşağı salınmasını və ya kəsilməsini və malların alınmasına embarqo qoyulmasını təklif etdim”, - deyə bəyanatda bildirilir.

 

Qeyd edək ki, ötən gün İsveç və Danimarkada Quranın yandırılması ilə əlaqədar təkrar aksiyalarla bağlı İƏT-in xarici işlər nazirləri səviyyəsində fövqəladə iclası keçirilib. Görüşün yekunları üzrə dərc olunan bəyanatda deyilir ki, Danimarka və İsveçin bu cür hərəkətlərin təkrarlanmaması üçün tədbirlər görməməsi BMT Təhlükəsizlik Şurasının iyunun ortalarında qəbul etdiyi qətnamənin pozulmasıdır.

 

Bundan əlavə, təşkilat üzv ölkələri Quranın təhqir edilməsi və yandırılması hallarının baş verdiyi ölkələrlə münasibətlərdə siyasi, iqtisadi, mədəni və digər səviyyələrdə müvafiq tədbirlərin görülməsi imkanlarını nəzərdən keçirməyə çağırıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...