Yeni qayda parkinq problemini həll edəcəkmi? - Bakıda mülki geyimdə pul yığanlar kimdir? + FOTOLAR

Yeni qayda parkinq problemini həll edəcəkmi? - Bakıda mülki geyimdə pul yığanlar kimdir? + FOTOLAR

Ötən günlərdə dövlət başçısı tərəfindən parklanma yerlərindən daxil olan vəsaitləri toplayan qurumlar müəyyən edilib. Belə ki, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Daxili İşlər Nazirliyinin Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində açılmış büdcədənkənar vəsaitlər üzrə xüsusi xəzinədə toplanacaq.

 

Lakin demək olar ki, paytaxtın müxtəlif ərazilərində qanunsuz parkinq xidməti göstərən məkanlar və burada çalışan "parkovşik”lər" var.

 

Maraqlıdır, bu problemdən qurtulmaq üçün hansı addımlar atılmalıdır? Yeni qaydalar mövcud sahədəki çatışmazlıqları aradan qaldıracaqmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev hesab edir ki, yeni qaydaların tətbiqindən sonra qanunsuz parkinq xidməti göstərən şəxslər bu sahədən uzaqlaşacaq:

 

“Bakı və digər şəhərlərdəki parklanma ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Aidiyyatı qurumlar tərəfindən müxtəlif istiqamətlərdə xüsusi parkomatlar yerləşdiriləcək. Ödənişlərin isə nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub. Düşünürəm ki, mərhələli şəkildə qanunsuz parkinq xidməti göstərən şəxslər bu sahədən uzaqlaşdırılacaqlar. Lakin sual oluna bilər ki, bəs indiyə qədər bu xidmət sahəsində çalışanlar hansı işlə məşğul olacaq? Düşünürəm ki, onlar da aidiyyatı qurum tərəfindən müəyyən işlərə cəlb edilə bilər. Çünki yeni sistemdə ödənişlər nağdsız olsa da, ödəniş sistemi aparatlarına nəzarət, ilkin mərhələdə sürücülərə qaydaların təşviq edilməsi məsələləri önəmlidir”.

 

Deputat parkinq probleminin mərhələli qaydada həll ediləcəyini qeyd edərək vətəndaşları bu işdə məsuliyyətli olmağa çağırıb:

 

“Yeni qayda tıxacların qarşısının alınması, qanunsuz vəsaitlərin toplanması, həmin vəsaitlərin bilinməyən mənbələrə axınının qarşısını alacaq. Bununla da parkinq xidməti daha da yaxşı səviyyəyə çatacaq. Lakin istənilən halda mövcud problem 1 gündə yox, mərhələli şəkildə həllini tapacaq. Biz vətəndaşlar olaraq ictimai qınaq məsələsində aktiv olmalı, bu işin həyata keçirilməsinə öz dəstəyimizi göstərməliyik”.

 

Nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov paytaxtda parkinq xidməti ilə bağlı olan problemlərin səbəblərindən danışıb. Müsahibimiz nəqliyyatla bağlı xaotik mənzərənin olmasına diqqət çəkib:

 

 

“Parkinq problemini tezliklə həll etmək qeyri-mümkündür. Baxılır ki, problem hansı istiqamətlərdə daha çoxdur və ondan sonra həmin istiqamətdə problemlər tədricən həll edilir. Daha sonra qanunauyğun şəkildə bir-birindən asılı olan probelmlər həll edilir. Parkinqlə bağlı problemlər ona görə çoxdur ki, şəhərin nəqliyyat parkinqi üçün pasportlaşdırma sistemi qurulmayıb. Şəhərdə qeyri-qanuni parklanma yerləri ilə bağlı xaotik vəziyyət var və bəzi insanlar bundan sui-istifadə edərək özlərinə şərait yaradır. Bu problemlərin həlli üçün uzun zaman lazımdır. Nəqliyyatın hərəkətdə olmadığı hissələrdə parkinq xidmətləri yaratmaq mümkündür. Lakin bəzi istiqamətlərdə bu, alınmır”.

 

Ekspert düzgün sistemin qurulmaması ilə tıxacların daha da çoxalacağını qeyd edib. Mütəxəssisin sözlərinə görə, problemin həlli şəhərin elektron xəritəsinin dinamik  modelinin tapılmasındadır:

 

“Bundan başqa bildirilir ki, parkinq xidmətlərinin yaxınlığında olan mənzil sahibləri bu xidmətdən istifadə üçün pul ödəməyəcəklər. Belə olan halda mənə elə gəlir ki, Bakının bütün məhəllərində olan parkinq yerlərindən pul yığılmayacaq. Çünki həmin xidmət yerlərinin ətraflarında çoxlu hündürmərtəbəli binalar var və binaların nəqliyyat vasitələrinin parkinq xidməti ilə təmin olunması qeyri-mümkündür. Belə olan halda həmin binaların sakinləri arayış təqdim etməli olacaq. Bu isə dövlətə sərf etməyəcək və iki zolaqlı yollarda hərəkət hissəsi tutulacaq. Bu isə tıxacla nəticələnəcək. Əgər yollarda düzgün parklanma qurulmasa, Bakıda hərəkət iflic olacaq. Odur ki, problemlər kompleks həll olunmalıdır. Bunun üçün isə ictimaiyyətin də köməyi lazımdır”.

 

Şəhərin müxtəlif istiqamətlərində bəzi insanlar bu xidməti xüsusi forma geyinərək həyata keçirsə də, bəziləri ümumiyyətlə formasız, hansısa xidməti vəsiqə və s. olmadan icra edirlər.

 

Sfera.az-ın əməkdaşı paytaxtda parkinq xidmətinin təşkili ilə məşğul olan bəzi şəxslərin görüntülərini lentə alıb.

 

Fotoları təqdim edirik:

 

Əzizə Zeynal

 

Fotolar:Anar Bayramlı

 


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...