Azərbaycanda tanınmış jurnalistə VƏZİFƏ VERİLDİ

Azərbaycanda tanınmış jurnalistə VƏZİFƏ VERİLDİ

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətinin rəhbəri Vamiq Nəsirov işdən çıxıb.

 

Sfera.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib.

 

V.Nəsirov bundan sonra əmək fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyində şöbə müdiri kimi davam etdirəcək.

 

2005-ci ildə ANS TV-də jurnalist kimi fəaliyyətə başlayan V.Nəsirov 2007-ci ildən "Xəzər TV"-də “Xəbərlər”, “Xəzər aktual” verilişinin eləcə də, "Gündəm", "32-ci gün", "Tarixdə o gün", “İcra vaxtı” verilişlərinin müəllifi və aparıcısı olub. O, "Zirvəyə doğru" və "Sadiq dost" sənədli filmlərinin müəllifidir.

 

V.Nəsirov 2020-ci ilin iyulun 1-dən AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri olub.

 

O, 2016-cı il noyabrın 7-də Prezident İlham Əliyevin “Televiziya və radio işçilərinin təltif edilməsi haqqında” sərəncamına əsasən televiziya və radionun inkişafında ximətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub, 2020-2021-ci illərdə idman sahəsində ilin mətbuat katibi adına layiq görülüb.


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...