“Bütün şahid ifadələri Xaçaturyanın terrorçu mahiyyətini görməyə imkan verir” - Könül Nurullayeva

“Bütün şahid ifadələri Xaçaturyanın terrorçu mahiyyətini görməyə imkan verir” - Könül Nurullayeva

“Bütün şahid ifadələri Xaçaturyanın terrorçu mahiyyətini görməyə imkan verir”.


Faktlar və şahid ifadələri də təsdiqləyir ki, Vaqif  Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb.

 

Xaçaturyan kimi yüzlərlə erməni terrorçu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs var. Rəsmi Bakının bu məsələdə prinsipiallıq nümayiş etdirməsi təbiidir. Xaçaturyan barəsində qərar qəbul edilib, ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ermənistan tərəfi hər nə qədər diqqəti məsələnin mahiyyətindən yayındırmağa cəhd göstərsə də,  faktları inkar etmək mümkün deyil.  

 

Müharibə cinayətkarı Vaqif Xaçaturyanın həbsi və onun saxlanma şəraiti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirilib. Onun Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib. BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə müvafiq şərait yaradılıb.

 

Halbuki bütün dünyanın gözü qarşısında Ermənistanda Azərbaycanlı əsirlərə qarşı qəddar davranışlar sərgilənir. Bu mənada müharibə cinayətkarının həbsi fonunda İrəvanın “humanitar böhran”, “erməni əsilli vətəndaşlara qarşı təqib” iddialarının heç bir əsası yoxdur. Çünki BQXK-nin vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb.

 


Bu həbs müharibə cinayətkarlarına mesajdır  -30 ildə Xocalıda, Edillidə, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrimizdə mülki əhaliyə qarşı törədilən soyqırımı və kütləvi qırğınların bədəli mütləq ödənəcək.
 


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...