“Ana dili hər bir millətin milli sərvətidir” – Deputat Kamilə Əliyeva

“Ana dili hər bir millətin milli sərvətidir” – Deputat Kamilə Əliyeva

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.

 

Günün əhəmiyyəti ilə bağlı Sfera.az-a açıqlama verən deputat Kamilə Əliyeva ötən əsrin 70-ci illərindən milli dil anlayışının gündəmə gətirildiyini qeyd edib:

 

“Dünyada yaşayan müxtəlif millət və xalqlara məxsus minlərlə dil mövcuddur. Azərbaycan dili dünyanın ən qədim və zəngin dillərindən biridir. Qədim zamanlardan Azərbaycanın dahi mütəfəkkirləri Azərbaycan dilində bəşəri dəyərlərə xas əsərlər yaradaraq ana dilimizi dünyaya tanıdıblar. Əcdadlarımızın, müdrik babalarımızın, ağbirçək nənələrimizin bizə miras qoyduqları ana dilimizi qorumaq hər birimizin mənəvi borcudur. Ana dili hər bir millətin milli sərvətidir. Azərbaycan dilinin bu günkü günə qədər saf və təmiz gəlib çıxmasında Ulu Öndər Heydər Əliyevin misilsiz əməyi olmuşdu.  Bu Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətidir.

 

Ötən əsrin 70-ci illərində SSRİ-nin tərkibində olan respublikalarda milli dil gündəmə gətirilməyə başladı. SSRİ Konstitusiyasının qəbul edilməsindən sonra milli dillər daha çox sıxışdırılmağa başlandı və məhv olmaq səviyyəsinə qədər gəlib çıxmışdı. Digər respublikaların rəhbərlərinin milli dillərin təbliği barədə danışmağa belə qorxduqları vaxt 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində çox cəsarətli və qətiyyətli mövqe bildirdi. Belə ki, 1969-cu ildə hakimiyyətə gəldiyi ilk aylarda Bakı Dövlət Universitetinin 50 illik yubileyində Heydər Əliyevin Azərbaycan dilində çıxış etməsi o zaman üçün böyük cəsarət tələb edirdi. Ulu Öndər qorxmadan və çəkinmədən bunu etdi.”

 

Millət vəkili prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin qorunması irsinin həyata keçirildiyini qeyd edib:

 

“Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978- ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına  “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir" maddəsi əlavə olunmuşdu. Azərbaycan dilinin təbliği, inkişaf etdirilməsi üçün Heydər Əliyev bütün vasitələrdən istifadə edirdi. Ziyalılara, yazıçı və şairlərə, dilçi alimlərə xüsusi diqqət ayırır, onların Azərbaycan dilində kitab nəşr etdirmələri üçün hər cür diqqət və dayaq göstərirdi.

 

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın dünya xalqlarının yazı sisteminə qoşulması üçün latın qrafikalı Azərbaycan əlifbasına keçməsi zərurəti yarandı. Ulu öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdı.

 

Prezident cənab İlham Əliyev Heydər Əliyevin Azərbaycan dilinin qorunması üzrə siyasi xəttini layiqincə davam etdirir. Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişafı,  təkmilləşdirilməsi və qorunması istiqamətində bir çox fərman və sərəncamlar imzalanıb. Ölkə başçımızın söylədiyi "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir" fikri hər bir Azərbaycan vətəndaşı üçün bir örnəkdir.

 

Bu gün yetişən gənc nəsillər də ana dilimizi saf və təmiz şəkildə gələcək nəsillərə ötürməlidirlər. Dilimizin, əlifbamızın yaşaması üçün çalışmalıdırlar.”

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...