Surət Hüseynov son mənzilə oradan yola salınacaq

Siyasət
10:03 / 01.08.2023
2496
Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovla vida mərasimi Gəncədəki evində keçiriləcək.
Sfera.az xəbər verir ki, bu gün səhər mərhumun evinin qarşısında yas çadırı qurulub.
Surət Hüseynov şəhərin 4 saylı qəbiristanlığında ata və anasının məzarı yanında dəfn olunacaq.
Xatırladaq ki, ötən gün 64 yaşlı keçmiş baş nazir İstanbuldan Moldovaya gedərkən səhhəti pisləşib. O, Türkiyədə xəstəxanada vəfat edib.
(qafqazinfo)