Dünyanın ən yaşlı kişisi 127 yaşında vəfat etdi - FOTO

Dünyanın ən yaşlı kişisi 127 yaşında vəfat etdi - FOTO

Braziliyada özünə "ara-sıra içki içməyə" icazə verən dünyanın ən yaşlı adamı 127 yaşında vəfat edib. Nəvəsi uzunömürlü kişinin sirləri barədə mediaya danışıb.

Sfera.az bildirir ki, Jose Poilinhonun 1895-ci ildə doğulduğu güman edilir.


Kişinin uzunömürlü olmasının sirri isə öz kəndlərində şəxsən yetişdirdiyi təbii məhsullar olub. Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən yaşlı insanı 115 yaşında olan ispan Maria Branas Moreradır.


Yerli mediaya görə, Jose Poilinho Gomez rentgenoqrafiyanın ixtirasından və ilk məzuniyyətdən əvvəl anadan olub.



Kişi iyulun 28-də Pedra Bonita (Minas Gerais ştatı) bələdiyyəsinin Corrego do Cafedəki evində ölüb. Pedra Bonitadakı qeydiyyat idarəsinin məlumatına görə, o, 1917-ci il nikah şəhadətnaməsinə əsasən, 4 avqust 1895-ci ildə anadan olub.



"Qeydlərə görə, o, 22 yaşında evlənib. Onun 1900-cü ildən əvvəl doğulduğu güman edilir. Kişilər nadir hallarda 17 yaşında evlənirlər"-deyə vəkil Villian Xose Rodrigez de Souza izah edib.



Əgər bu doğrudursa, o zaman Joze Paulinyo dünyanın ən yaşlı adamı olub.



Ginnesin Rekordlar Kitabına görə, ən yaşlı insan titulunun hazırkı sahibi 115 yaşı olan ispan Maria Branas Moreradır.



Joze Poilinyonun nəvəsi Eliana bildirib ki, sənədlərin qeyri-dəqiq olduğu bir neçə hal olub və yerli sakinlərdən biri, 98 yaşlı onun babasını hələ uşaq olanda tanıdığını iddia edir.



Nəvə hesab edir ki, babanın yaşı mütləq 100-dən çox, ən azı 110 yaşı olub.


Adam heyvan təlimçisi işləyib. Onun 7 övladı, 25 nəvəsi, 42 nəticəsi və 11 kötücəsi qalıb.



Nəvəsinin dediyinə görə, o, çox sadə və təvazökar idi. Unikallığı ondan ibarət idi ki, o, heç bir şəhəri sevmirdi - yalnız köntöy, təbii kənd həyatı.


Nəvə uzunömürlünün qida rasionundan da danışıb. Menyu yalnız onun şəxsən yetişdirdiyi məhsullardan ibarət olub:



“Həyətdə vöyüdülmüş toyuqlar, donuzlar... Yeməklərinin hamısı yerli idi, burada yetişdirilməli idi. Həmişəq bir az içməyi xoşlayırdı".


Nəvəsi Fabiola Oliveyra babasının 4 il əvvəl at sürməyi dayandırdığını bildirib.



"O, bizə çoxlu hekayələr qoyub".



Mərhumun ailəsi bildirib ki, ölümün səbəbi çoxlu orqan çatışmazlığı, ehtimal ki, yaşlılıq olub.



İyulun 29-da Pedra Bonitadakı Corrego dos Fialgos qəbiristanlığında dəfn edilib. Bu məsələnin Ginnesin Rekordlar Kitabının tərtibçiləri üçün maraqlı olub-olmadığı isə hələ məlum deyil.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...

“Yalı Çapkını”nın andiçmə mərasimi oldu - VİDEO

“Yalı Çapkını”nın Feriti Mert Ramazan Demirim əsgərlikdən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, Hatayda ödənişli hərbi xidmətdə...